Tbilisidəki etirazların vurduğu ziyanın həcmi açıqlandı
Teleqraf.com saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Noyabr ayının sonundan Tbilisidə keçirilən aksiyaların ayrı-ayrı şəxslərə və dövlətə vurduğu ziyan 100 min laridən (35 min dollar) çoxdur.
Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.
Məlumata əsasən, Rustaveli prospekti və ətraf ərazilərdə təşkil olunmuş mitinqlər zamanı 60-a yaxın oğurluq hadisəsi törədilib. Prospektdəki bir neçə obyektdən müxtəlif inventar, həmçinin daha sonra barrikada kimi istifadə olunmuş ödəniş terminalları da oğurlanıb. Etirazlar zamanı həmçinin binaların pəncərə və fasadları zədələnib.
DİN-dən qeyd olunub ki, Rustaveli prospektindəki aksiyalar çox vaxt qanun çərçivəsindən çıxıb. Mitinq iştirakçıları arasında daş və pirotexniki vasitələr kimi qadağan edilmiş əşyalardan polis əməkdaşlarına hücum üçün istifadə edənlər müəyyən olunub.
Xatırladaq ki, Tbilisidə kütləvi aksiyalar noyabrın 28-dən başlayıb. Buna səbəb Gürcüstan hökumətinin Avropa İttifaqına üzvlük məsələsi ilə bağlı danışıqları 2028-ci ilədək gündəmə gətirməyəcəyi barədə qərarı olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 20 Dekabr 2024 13:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















