Tbilisidən Moskvaya ETİRAZ
Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.
Rusiya ilə Abxaziya arasında müntəzəm mülki hava hərəkətinin başlanması beynəlxalq normaları pozur.
Ölkə.az xəbər verir ki, bunu Gürcüstanın baş nazirinin birinci müavini və iqtisadiyyat naziri Levan Davitaşvili bəyan edib.
"Belə uçuşların həyata keçirilməsi Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İKAO) standartlarının pozulmasıdır. Bundan başqa, söhbət beynəlxalq sanksiyalar altında olan Rusiya aviaşirkətlərindən gedir", - Davitaşvili bildirib.
Qeyd edək ki, mayın 1-də Moskvanın Vnukovo Hava Limanından 1993-cü ildən bəri ilk dəfə Suxumiyə təyyarə reysi həyata keçirilib. Rusiya ilə Abxaziya arasında elektrik qatarı da hərəkət etməyə başlayıb.
Suxumi hava limanı 1993-cü ildə Beynəlxalq Mülki Aviasiya Təşkilatının qərarı ilə Abxaziya ilə Gürcüstan arasında müharibəyə görə bağlanıb. 2023-cü ildə Rusiya və Abxaziya hava limanının yenidən qurulması barədə razılığa gəliblər.
Mürtəza
Ölkə.az


