Tbilisidən Təl Əviv, Əbu Dabi, Şarja, Ərbil, Dehli və Dubaya uçuşlar ləğv edilib
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Tbilisi, 15 iyun, AZƏRTAC
Tbilisidən Təl-Əviv, Əbu-Dabi, Şarja, Ərbil, Dehli və Dubaya, həmçinin Batumidən İsrailin və İranın şəhərlərinə uçuşlar ləğv edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə “Georgian Airways” şirkəti məlumat yayıb. Bildirilir ki, Tbilisi və Batumi beynəlxalq hava limanlarını idarə edən TAV Georgia şirkəti Yaxın Şərqdəki gərginliyə görə Gürcüstanın hava limanlarında şənbə günü 19 reysi ləğv edib.
“Şənbə günü Tbilisi hava limanında 15, Batumidə isə dörd reys təxirə salınıb”, – deyə şirkətdən jurnalistlərə bildirilib.
“Georgian Airways”in yaydığı bəyanatda bildirilir ki, Tbilisi ilə Təl-Əviv arasında iyunun 14 və 15-nə planlaşdırılan reyslər də ləğv edilib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 15 İyun 2025 14:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















