TBMM əməkdaşı əri tərəfindən öldürüldü Foto
Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ankarada boşanma prosesində olan ərinin bıçaqlı hücumuna məruz qalan Türkiyə Böyük Millət Məclisinin (TBMM) əməkdaşı Saliha Akkaş müalicə aldığı xəstəxanada vəfat edib.
Axar.az Oxu.az-a istiandən xəbər verir ki, iki gün əvvəl yaşanan hadisədə Saliha Akkaş evinə gələn, boşanma mərhələsində olduğu əri Salih Akkaşı içəri buraxıb.
Cütlük arasında başlayan mübahisə qısa zamanda dəhşətli hadisəyə çevrilib - Salih həyat yoldaşını boğazından bıçaqlayaraq ağır yaralayıb, daha sonra özünü tavandan asaraq intihar edib.
Hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası yaralı qadını dərhal xəstəxanaya çatdırsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Saliha Akkaş bu gün səhər saatlarında dünyasını dəyişib.
Qadının TBMM-də çalışdığı və iki uşaq anası olduğu bildirilir.
Faktla bağlı istintaq davam etdirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 06 Avqust 2025 16:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















