Icma.az
close
up
RU
TBMMin nümayəndə heyəti Milli Məclisdə olub

TBMMin nümayəndə heyəti Milli Məclisdə olub

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Milli Məclisin sədri Sahibə Qafarova dekabrın 6-da Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuad Oktayın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, Sahibə Qafarova "Parlamentarizm: ənənələr və perspektivlər" mövzusunda beynəlxalq parlament konfransının əhəmiyyətinə toxunub. Deyib ki, tədbir ölkələrimizin siyasi həyatında parlamentlərimizin rolu, qarşılıqlı əməkdaşlığının daha da gücləndirilməsi məsələlərinə həsr olunub. Eyni zamanda, bu tədbir Azərbaycan və Türkiyə parlamentlərinin işbirliyi, birgə fəaliyyəti məsələlərinə də diqqət yetirməyə imkan verəcək.

Görüşdə vurğulanıb ki, ölkələrimiz bütün məsələlərdə həmrəylik və qarşılıqlı dəstək nümayiş etdirirlər. Əlaqələrimizin dövlət başçılarımızın siyasi iradəsi və birgə səyləri sayəsində bu gün özünün ən yüksək səviyyəsinə - müttəfiqlik səviyyəsinə yüksəldiyi qeyd edilib. Vurğulanıb ki, Şuşa Bəyannaməsinin imzalanması münasibətlərin daha da genişləndirilməsinə təkan verib. Azərbaycan-Türkiyə birliyi regional sabitlik, təhlükəsizlik üçün olduqca mühüm amildir.

Fuad Oktay növbədənkənar parlament seçkilərinin uğurla təşkili münasibətilə təbriklərini çatdırıb. O, Türkiyədən böyük heyətin seçkiləri müşahidə etdiyini diqqətə çatdırıb.

TBMM-in komitə sədri ölkəmizin qazandığı bütün nailiyyətlərin qardaş ölkə olaraq Türkiyəni sevindirdiyini, bu gün işğaldan azad edilmiş ərazilərdə Azərbaycan bayrağının dalğalanmasının qürurverici olduğunu diqqətə çatdırıb.

Söhbət zamanı ölkələrimiz arasında yüksək səviyyəli əməkdaşlıq əlaqələrinin parlamentlər müstəvisində də uğurla davam etdirildiyi bildirilib. Parlament sədrləri, o cümlədən dostluq qrupları arasında sıx təmasların bu münasibətlərə mühüm töhfələr verdiyi vurğulanıb. Eyni zamanda, parlamentlərimizin ikitərəfli əməkdaşlıqla yanaşı, üçtərəfli əməkdaşlıq formatının da mövcud olduğu qeyd edilib.

Tərəflər beynəlxalq parlament platformalarında qarşılıqlı dəstək və birgə fəaliyyətin də vacibliyini xüsusilə qeyd ediblər. Bəzi dairələr tərəfindən ölkələrimizə qarşı ikili standartlar, təzyiq, şantaj, böhtan kampaniyaları aparıldığı bir şəraitdə parlamentarilərimizin qarşılıqlı fəaliyyətinin daha böyük önəmə malik olduğu vurğulanıb.

F.Oktay, həmçinin AŞPA-nın Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin ratifikasiya olunmaması barədə qətnaməsini tənqid edib. Deyib ki, AŞPA-nın bu qərəzli və haqsız qərarı təşkilatın özünün nüfuzuna və etibarlılığına xələl yetirir. O qeyd edib ki, AŞPA bu səhvini düzəltməlidir və Türkiyə tərəfi də hər dəfə bu məsələ ilə bağlı xəbərdarlığını qarşı tərəfin diqqətinə çatdırır.

Görüşdə ötən ay Azərbaycanın ev sahibliyi ilə yüksək səviyyədə keçirilən COP29 barədə də fikirlər səsləndirilib.

Söhbət zamanı, qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:210
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 Dekabr 2024 20:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see406

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see394

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see377

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see362

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see251

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see247

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see247

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see240

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see237

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see232

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see227

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see218

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see211

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see200

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see196

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see183

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see178

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see178

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see170

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri