Icma.az
close
up
RU
TDT analitik mərkəzlərinin toplantısına hazırlıq

TDT analitik mərkəzlərinin toplantısına hazırlıq

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Sentyabrın 16-da Bakıda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) və Türk Dövlətləri Təşkilatının (TDT) birgə təşkilatçılığı ilə Türk Dövlətləri Təşkilatının aparıcı milli analitik mərkəzlərinin II beynəlxalq konfransı keçiriləcək.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatına görə, “Türk Dövlətləri Təşkilatında iqtisadi əməkdaşlığın davamlı məsləhətləşmələr və birgə tədqiqatlar vasitəsilə gücləndirilməsi” mövzusuna həsr olunmuş konfrans qlobal iqtisadi sistemdə baş verən transformasiyalar fonunda türk dövlətləri arasında iqtisadi inteqrasiyanın dərinləşdirilməsi, ortaq tədqiqat platformalarının yaradılması və institusional əməkdaşlığın gücləndirilməsi məqsədini daşıyır.

Konfransın açılış mərasimində Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev və İİTKM-nın icraçı direktoru Vüsal Qasımlının çıxışları nəzərdə tutulur.

Toplantı yüksək səviyyəli beynəlxalq platforma kimi dövlət qurumlarının nümayəndələrini, aparıcı analitik mərkəzlərin rəhbərlərini, akademik dairələri, beynəlxalq təşkilatların təmsilçilərini, maliyyə institutlarını və biznes ictimaiyyətini bir araya gətirəcək. Konfransın məqsədi təkcə elmi-analitik müzakirələr deyil, həm də Türk dünyasında uzunmüddətli tədqiqat şəbəkələrinin formalaşdırılması, ekspertlər arasında davamlı dialoqun inkişaf etdirilməsi və siyasət qərarlarının elmi əsaslarla dəstəklənməsinə töhfə verməkdir.

Konfransın proqramına uyğun olaraq 3 əsas panel təşkil olunacaq. Birinci paneldə Orta Dəhlizin regional inteqrasiya və infrastruktur əsaslı inkişafın katalizatoru kimi rolu, ikinci paneldə Türk Dövlətləri Təşkilatı ölkələri arasında ticarət-iqtisadi əlaqələrin mövcud vəziyyəti və inkişaf potensialı, üçüncü paneldə isə dayanıqlı inkişaf naminə innovasiya, iqtisadi transformasiya, rəqəmsallaşma və süni intellekt əsaslı inkişaf modelləri müzakirə ediləcək. Panel sessiyalarında Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin aparıcı beyin mərkəzlərinin rəhbərləri, tanınmış alimlər və beynəlxalq ekspertlər çıxış edəcəklər.

Türk Dövlətləri Təşkilatının aparıcı milli analitik mərkəzlərinin II beynəlxalq konfransının nəticələrinin Türk dünyasında iqtisadi inteqrasiyanın dərinləşdirilməsinə, ortaq iqtisadi məkanın formalaşmasına, tədqiqat və innovasiya əməkdaşlığının genişlənməsinə, eləcə də “Türk dünyası vizyonu–2040” sənədində müəyyən edilmiş strateji hədəflərin həyata keçirilməsinə töhfə verəcəyi gözlənilir.

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:241
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 Avqust 2026 00:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see327

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see298

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see295

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see294

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see284

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see266

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see258

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see246

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see243

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see240

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see238

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see236

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see220

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see219

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see219

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see217

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see215

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see211

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see198

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri