Icma.az
close
up
RU
TDT Müsəlman dini liderləri Prezident İlham Əliyevə müraciət ediblər

TDT Müsəlman dini liderləri Prezident İlham Əliyevə müraciət ediblər

Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

Türk Dövlətləri Təşkilatının (TDT) Müsəlman dini liderləri Prezident İlham Əliyevə müraciət ediblər.

APA xəbər verir ki, müraciət Bakıda keçirilən Müsəlman dini liderlərinin 7-ci Görüşündə edilib.

Müraciətin mətnini Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Rəşad Əliyarlı oxuyub:

"Möhtərəm cənab Prezident!

Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində keçirilən, Türk Dövlətləri Təşkilatının (TDT) Müsəlman Dini İdarə rəhbərləri Şurasının növbəti - 7-ci Görüşünün iştirakçıları adından bu tədbirin yüksək səviyyədə təşkilinə ali diqqət və himayə göstərdiyinizə görə Zati-alilərinizə dərin minnətdarlığımızı bildiririk. Həmçinin 7-ci Görüş çərçivəsində görkəmli azərbaycanlı alim-mütəfəkkir Şeyx Seyyid Yəhya Bakuviyə həsr olunmuş Birinci Beynəlxalq elmi-praktiki Konfransın həmtəşkilatçıları - Azərbaycan Milli Elmlər Akademiyası, Müsəlman Ağsaqqallar Şurası, İSESCO və İRSİCA nümayəndələrinin, 40-a yaxın ölkəni təmsil edən dövlət, elm və din xadimləri, 18 beynəlxalq təşkilat və mərkəzlərin 200-ə yaxın nümayəndələri və digər mötəbər qonaqların təşəkkürlərini Sizə ünvanlamaqdan böyük şərəf duyuruq.

Qloballaşma və inteqrasiya proseslərinin geniş vüsət aldığı müasir dünyada ksenofobiya, islamofobiya, separatçılıq, dindən sui-istifadə halları kimi bəşər sivilizasiyasını təhdid edən hadisələrin yaşandığı bir zamanda Azərbaycanın dünyaya təqdim etdiyi multikulturalizm və tolerantlıq modelinə, məzhəblərarası anlaşma və sivilizasiyalararası əməkdaşlığa böyük ehtiyac vardır. TDT müsəlman dini liderlərinin görüşləri bir daha sübut edir ki, müasir dünyada humanist ideyaların təşviqi və multikultural həyat tərzinin təbliği baxımından önəm kəsb edən, bəşəriyyətin sabitliyinə xidmət edən belə tədbirlərin davamlı keçirilməsi olduqca aktual və zəruridir. Biz Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dövlət rəhbərləri tərəfindən sülh və əməkdaşlıq naminə qlobal təşəbbüslərə, milli-mənəvi irsin qorunması sahəsinə hərtərəfli dəstək verilməsini yüksək dəyərləndiririk.

Belə görüş və tədbirlərdə bizim əsas vəzifələrimiz sırasında mədəni-mənəvi dəyərlərin qorunması istiqamətində fəaliyyətlər, gənclərin maarifləndirməsi, ortaq tariximizin gələcək nəsillərə çatdırılmasının təmin edilməsi mühüm yer tutur. Bu mənada İslamdaxili dialoq müstəvisində təşviq edilən Azərbaycanın məzhəblərarası anlaşma modeli xüsusi əhəmiyyət daşıyır. Müasir dönəmdə çox aktual olan məzhəblərarası anlaşmanı ehtiva edən mötədil İslam nəzəriyyəsinin daha geniş miqyasda dünyaya tanıdılması Türk dünyasının elmi, ictimai və dini mühiti üçün son dərəcə önəmlidir. Bizim coğrafiyamızda yetişən, İslam aləmində möhtəşəm nüfuza malik olan üləmalardan Türkiyədə Mövlanə Rumi, Qazaxıstanda Əhməd Yəsəvi, Özbəkistanda Bəhaəddin Nəqşibəndi və Maturidi, Qırğızıstanda Siracuddin əl-Oşi kimi mütəfəkkirlərə həsr olunan Beynəlxalq Konfransların ardınca mənəvi ustadımız Seyyid Yəhya Bakuvi Şirvaninin layiqincə təqdim olunması Azərbaycanın mənəvi mədəniyyətinin yüksək nümunəsidir.

Biz Zati-alilərinizin insan qardaşlığı yönündə səylərinizi yüksək dəyərləndirir, irqi və dini dözümsüzlük, ksenofobiya vı İslamofobiya hallarına qarşı qətiyyətli mövqeyinizi hər zaman dəstəkləyirik. Sizin siyasi iradəniz sayəsində Azərbaycan dinlər, mədəniyyətlər, sivilizasiyalar arasında dialoq və əməkdaşlığa dair bir çox beynəlxalq əhəmiyyətli tədbirlərin, nüfuzlu Zirvə görüşlərinin ənənəvi ünvanına çevrilmişdir və multikultural mədəniyyətin örnək modeli kimi tanınaraq təbliğ edilir. Cənabınızın dinlər və sivilizasiyalararası əməkdaşlıq müstəvisinə dövlət səviyyəsində dəstək və himayəsi bizi davamlı fəaliyyətlərə ruhlandırır. Zati-alilərinizin tövsiyəsi ilə yaranan Türk Dövlətləri Təşkilatı Müsəlman Dini İdarə rəhbərlərinin Şurası olaraq biz, müdrik dövlət rəhbərlərimizin bəşəri əhəmiyyətli və dövlətlərimizin mənafelərinə xidmət edən qərar və ideyalarının mənəvi müstəvidə təbliği və təşviqini, dünya miqyasında dini liderlərə və beynəlxalq ictimaiyyətə çatdırılmasını şərəfli vəzifə kimi qarşımıza qoymuşuq. Şükürlər olsun, dövlət rəhbərlərimizin müdrik fikir və tövsiyyələrindən faydalanaraq, məsləhətlərinizlə yeni dəyərli layihə və tədbirlərə ruhlanırıq.

Biz fəxr edirik ki, bu gün Azərbaycan Sizin rəhbərliyinizlə öz tarixinin yeni dönəmini – Zəfər salnaməsinin növbəti mərhələsini yaşayır. Dünya ictimaiyyəti Azərbaycanın liderinin siyasi qüdrətinin və sarsılmaz xalq-dövlət birliyinin şahididir. Şuşanın mədəniyyət mərkəzi elan edilməsi, müttəfiqlik sazişlərinin bağlanması, işğaldan sonra qısa zaman içərisində Qarabağ bölgəsinin yenidən qurulması, əzəli dədə-baba torpaqlarına Böyük Qayıdış, minarələrdən ucalan azan səsləri – bunların hamısı Zati-alilərinizin uzaqgörən siyasəti və dəmir iradəsinin bəhrəsidir. 2022-ci ildə bizim qürur mənbəyimiz olan Şuşada Türk Dövlətləri Təşkilatı Müsəlman Dini Liderlər Şurasının Nizamnaməsinin imzalanması mənəvi həmrəyliyimizin bariz nümunəsidir. Özəlliklə, TDT üzvləri – Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və müşahidəçi qismində Türkmənistan dövlət rəhbərlərinin qarşılıqlı ziyarətləri, Qarabağda qardaş hədiyyəsi olaraq inşa edilən məktəb və məscidlər xalqlarımız, dindarlarımız tərəfindən xüsusi rəğbət və minnətdarlıqla qarşılanır.

Zati-aliləri! Dünya miqyasında dinlər və mədəniyyətlərarası əməkdaşlıq prosesinə dəyərli əməli töhfələrinizə, Türk Dövlətləri Təşkilatı (TDT) müsəlman dini idarə rəhbərləri Şurasının 7-ci Görüşünə və Şeyx Seyyid Yəhya Bakuviyə həsr olunmuş Birinci Beynəlxalq elmi-praktiki Konfransın təşkilinə ali himayənizə görə dərin minnətdarlığımızı ifadə etməkdən şərəf duyur, bəşəri əhəmiyyətli fəaliyyətinizə uğurlar diləyirik. Biz əminik ki, Sizin müdrik rəhbərliyinizlə Azərbaycan xalqı və dövləti beynəlxalq müstəvidə daha böyük uğurlara imza atacaqdır, İnşallah. Ulu Rəbbimiz Zati-alilərinizi hər zaman müzəffər qərar versin, daima yardımçınız olsun! Amin!

Dərin hörmət və ehtiramla,

Türk Dövlətləri Təşkilatı (TDT) müsəlman dini idarə rəhbərləri Şurasının üzvləri:

Şeyxülislam Allahşükür PAŞAZADƏ
Qafqaz Müsəlmanları İdarəsinin sədri

Baş müfti Naurızbay TAQANULI
Qazaxıstan Müsəlmanları Ruhani İdarəsinin sədri

Müfti Abdulaziz ZAKİROV
Qırğızıstan Müsəlmanları idarəsinin sədri

Prof. Dr. Safi ARPAQUŞ
Türkiyə Dəyanət İşləri Başqanı

Müfti Nuriddin XOLİKNAZAR
Özbəkistan Müsəlmanları İdarəsinin sədri

Müşahidəçi üzvlər:

Müfti Rahman QURBANMIRADOV
Türkmənistan Müsəlmanları Ruhani İdarəsinin sədri

Hakan MORAL
Şimali Kipr Dini İşlər Başqanı"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://apa.az
archiveBu xəbər 14 Sentyabr 2026 11:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see344

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see340

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see339

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see301

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see293

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see291

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see288

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see278

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see277

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see269

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see268

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see235

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see225

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see225

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see222

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri