Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

Liqa 1: PSJ dən geridönüş

İbrahim Tatlısesin model gəlininin evini su basdı

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

TDT nin Bakı görüşü və Orta Dəhliz

TDT nin Bakı görüşü və Orta Dəhliz

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Kiçik Asiyadan Mərkəzi Asiyaya uzanan ortaq hədəflər

Bakıda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin hökumət başçılarının görüşü və Prezident İlham Əliyevin bu görüşdə səsləndirdiyi fikirlər geniş geosiyasi kontekstdə Türk dünyasının iqtisadi inteqrasiyası, Avrasiya nəqliyyat marşrutlarının yenidən formalaşması və Azərbaycanın bu prosesdə oynadığı rol haqqında siyasi mesajlar kimi qiymətləndirilə bilər.
Son illər beynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklər – Rusiya-Ukrayna müharibəsi, Avropa ilə Asiya arasında ticarət marşrutlarının yenidən qiymətləndirilməsi, enerji və logistika təhlükəsizliyi məsələlərinin ön plana çıxması – Orta Dəhlizin strateji əhəmiyyətini ciddi şəkildə artırıb. Soyuq müharibədən sonra formalaşmış qlobal iqtisadi və logistika sistemi əsasən sabit marşrutlara – dəniz daşımalarına və Rusiya üzərindən keçən quru yollarına əsaslanırdı. Lakin son illərdə baş verən siyasi böhranlar, sanksiyalar müharibəsi, regional münaqişələr və böyük güclər arasında rəqabətin artması bu sistemin etibarlılığını sual altına qoydu. Nəticədə, dövlətlər və böyük şirkətlər ticarət və enerji marşrutlarını diversifikasiya etməyə, yəni alternativ yollar axtarmağa başladılar. Məhz bu kontekstdə Orta Dəhliz məsələsi regional layihədən qlobal geosiyasi layihəyə çevrilməyə başladı. Əgər əvvəllər bu dəhliz daha çox Azərbaycan, Gürcüstan və Türkiyə üçün regional nəqliyyat layihəsi kimi qiymətləndirilirdisə, indi Avropa İttifaqı, Çin, Mərkəzi Asiya ölkələri və hətta bəzi Yaxın Şərq dövlətləri üçün strateji alternativ marşrut kimi nəzərdən keçirilir. Rusiya üzərindən keçən Şimal dəhlizi Ukrayna müharibəsindən sonra siyasi risklərlə üzləşdi, İran üzərindən keçən marşrutlar isə sanksiyalar və geosiyasi qeyri-müəyyənlik səbəbindən tam sabit hesab edilmir. Belə bir vəziyyətdə Xəzər dənizi üzərindən keçən Orta Dəhliz Avropa ilə Asiyanı birləşdirən ən təhlükəsiz və siyasi baxımdan balanslı marşrutlardan biri kimi ön plana çıxır.
Prezident İlham Əliyevin çıxışında Orta Dəhliz, Trans-Xəzər dəhlizi və Zəngəzur dəhlizi xüsusi olaraq vurğulandı. Həmin layihələr bütövlükdə Avrasiyanın yeni logistika xəritəsinin elementləridir. Əslində, burada yeni ­geoiqtisadi məkan formalaşır və bu məkan Çin istehsal mərkəzlərindən başlayaraq Mərkəzi Asiya, Xəzər hövzəsi, Cənubi Qafqaz və Türkiyə üzərindən Avropaya qədər uzanan böyük iqtisadi zəncir yaradır. Təbii ki, bu zəncirin ən mühüm xüsusiyyəti ondan ibarətdir ki, bu marşrut əsasən türk dövlətlərinin yerləşdiyi coğrafiyadan keçir. Bütün bunlar isə ilk dəfə olaraq Türk dünyasını vahid geoiqtisadi məkan kimi formalaşdırmaq potensialına malikdir.
* * *
Əgər xəritəyə diqqətlə baxsaq, görərik ki, Çin – Mərkəzi Asiya – Xəzər dənizi – Azərbaycan – Gürcüstan – Türkiyə – Avropa marşrutu faktiki olaraq Orta Dəhlizin əsas xəttini təşkil edir. Həmin ox Şərqdən Qərbə uzanan və böyük bazarları, enerji resurslarını, sənaye mərkəzlərini və tranzit ölkələri birləşdirən geniş iqtisadi məkan yaradır. Məkanın isə ən mühüm xüsusiyyəti ondan ibarətdir ki, burada yerləşən ölkələrin böyük hissəsi ya Türk Dövlətləri Təşkilatına üzvdür, ya da bu coğrafiya ilə sıx iqtisadi və siyasi əlaqələrə malikdir
Orta Dəhlizin işləməsi isə bir neçə ölkənin koordinasiyalı siyasətindən asılıdır. Çünki burada vahid logistika sistemi, tarif siyasəti, gömrük prosedurlarının sadələşdirilməsi, limanların koordinasiyası, dəmir yolu xətlərinin uyğunlaşdırılması, rəqəmsal logistika sistemlərinin yaradılması kimi ­kompleks məsələlər var. Əgər bu ölkələr ayrı-ayrılıqda hərəkət etsələr, Orta Dəhliz rəqabətədavamlı marşrut ola bilməz. Lakin koordinasiyalı siyasət aparılarsa, bu marşrut Rusiya üzərindən keçən Şimal dəhlizi və İran üzərindən keçən Cənub marşrutu ilə rəqabət apara bilər.
Məhz buna görə Türk Dövlətləri Təşkilatı çərçivəsində nəqliyyat, logistika və investisiya məsələləri artıq mədəni-humanitar əməkdaşlıqdan daha vacib mövzuya çevrilir. Təşkilatın ilk yarandığı dövrlərdə əsas diqqət ortaq tarix, dil, mədəniyyət, təhsil və humanitar layihələrə yönəlmişdi. Lakin beynəlxalq münasibətlərdə təşkilatların real gücü iqtisadi inteqrasiyadan və ortaq infrastruktur layihələrindən keçir. 
* * *
Prezident İlham Əliyevin çıxışında diqqətçəkən digər mühüm məqam Zəngəzur dəhlizi ilə bağlı verilən konkret göstəricilər idi. Avtomobil yolunun 90 faizinin, dəmir yolunun isə 70 faizinin hazır olması barədə məlumat siyasi və geosiyasi mesaj kimi qiymətləndirilməlidir. Dövlət başçısnın mesajı ondan ibarətdir ki, regionun yeni nəqliyyat infrastrukturu artıq layihə mərhələsini keçərək reallığa çevrilmək üzrədir və Cənubi Qafqazın kommunikasiya xəritəsi faktiki olaraq dəyişir.
Zəngəzur dəhlizi məsələsi ətrafında gedən müzakirələrə daha geniş geosiyasi kontekstdə baxmaq lazımdır. Dəhliz Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə birləşdirməklə yanaşı, eyni zamanda, Türkiyə ilə Mərkəzi Asiya arasında birbaşa quru bağlantısı yaradır. Belə bir xəttin formalaşması Türk dünyasının ­geosiyasi inteqrasiyası istiqamətində mühüm addım kimi qiymətləndirilə bilər. Çünki tarix boyu coğrafi bağlantılar siyasi və iqtisadi inteqrasiyanın əsasını təşkil edib. Digər tərəfdən, Zəngəzur dəhlizi Cənubi Qafqazda güc balansına da təsir edən layihədir. Zəngəzur dəhlizinin açılması regionda bütün nəqliyyat xətlərinin yenidən formalaşmasına səbəb ola bilər. Əgər bu marşrut tam şəkildə fəaliyyətə başlasa, Azərbaycan və Türkiyə regionun əsas tranzit aktorlarına çevrilə bilər. Uzun illər Azərbaycan beynəlxalq iqtisadi sistemdə əsasən neft və qaz ixrac edən ölkə kimi tanınırdı. Lakin son illərdə aparılan infrastruktur siyasəti göstərir ki, Bakı iqtisadi modelini şaxələndirməyə və ölkəni regionun nəqliyyat-logistika mərkəzinə çevirməyə çalışır. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu, yeni beynəlxalq hava limanları, avtomobil magistralları və logistika mərkəzləri bu strategiyanın əsas elementləridir. Belə bir trategiyanın arxasında duran əsas məntiq ondan ibarətdir ki, enerji resursları tükənə bilər və ya bazar şərtləri dəyişə bilər, lakin coğrafi mövqe dəyişmir. 
Çıxışın başqa bir siyasi xətti Türk Dövlətləri Təşkilatının gələcək statusu ilə bağlı idi. Prezident İlham Əliyevin təşkilatın dünyanın aparıcı beynəlxalq təşkilatları sırasına daxil edilməli olduğu barədə fikri strateji hədəf kimi qiymətləndirilməlidir. Prezident çıxışında göstərdi ki, TDT gələcəkdə siyasi və iqtisadi koordinasiya mərkəzi kimi nəzərdə tutulur. Yəni təşkilatın tədricən institusional gücə çevrilməsi ideyası artıq açıq şəkildə siyasi diskursda səsləndirilir. Əgər təşkilat gələcəkdə daha institusional formaya keçərsə, bir neçə istiqamətdə inteqrasiya dərinləşə bilər: ortaq investisiya və inkişaf bankı mexanizmləri, vahid tranzit və logistika siyasəti, gömrük prosedurlarının sadələşdirilməsi, enerji ixrac marşrutlarının koordinasiyası və beynəlxalq təşkilatlarda daha koordinasiyalı siyasi mövqe.
* * *
Qarabağın bərpasında Türk dövlətlərinin iştirakı ilə bağlı səsləndirilən fikirlər ayrıca və çoxqatlı siyasi məna daşıyır. Özbəkistan, Qazaxıstan və Qırğızıstan tərəfindən Qarabağda məktəb və mədəniyyət obyektlərinin tikilməsi dərin geosiyasi məzmun dayanır. Qarabağın bərpasında Türk dövlətlərinin iştirakının təmin olunması bu ərazini tədricən Türk dünyasının ortaq siyasi və mənəvi məkanına inteqrasiya edən bir proses kimi çıxış edir. Ümumilikdə, Bakı görüşü və Prezident İlham ­Əliyevin çıxışı bir neçə mühüm geosiyasi tendensiyanı aydın şəkildə ortaya qoyur. İlk növbədə, TDT çərçivəsində iqtisadi və nəqliyyat inteqrasiyası artıq deklarativ mərhələdən praktik mərhələyə keçir. İkinci mühüm tendensiya Orta Dəhlizin Avrasiya ticarət sistemində artan roludur. Üçüncü istiqamət Azərbaycanın bu prosesdə oynadığı roldur. Azərbaycan siyasi təşəbbüsləri, maliyyə resursları və infrastruktur yatırımları ilə bu inteqrasiyanın əsas hərəkətverici qüvvələrindən biri kimi çıxış edir. Dördüncü və daha strateji tendensiya isə Türk dünyasının tədricən daha koordinasiyalı siyasi və iqtisadi blok kimi formalaşmasıdır. 
Son olaraq qeyd edək ki, Bakı görüşü Avrasiyanın yeni nəqliyyat və iqtisadi arxitekturasının müzakirə olunduğu, Türk dünyasının inteqrasiya istiqamətlərinin konkretləşdirildiyi və Azərbaycanın bu prosesdə mərkəzi rolunu möhkəmləndirdiyi siyasi platforma kimi qiymətləndirilə bilər. 

Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki,
siyasi elmlər üzrə fəlsəfə doktoru

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:155
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 Aprel 2026 13:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see465

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see450

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see430

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see301

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see300

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see291

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see275

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see257

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see251

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see242

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see234

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see227

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see215

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see208

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see206

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see203

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see201

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see195

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see177

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri