Icma.az
close
up
RU
TDT nin hərbi qanadı: Qərargah Xocalıda olacaq? Politoloq

TDT nin hərbi qanadı: Qərargah Xocalıda olacaq? Politoloq

Bakupost portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə çıxışı zamanı üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsini təklif etdi. Sitat: “Ölkələrimiz arasında hərbi, müdafiə və təhlükəsizlik sahələrində geniş əməkdaşlığı nəzərə alaraq, 2026-cı ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təliminin keçirilməsini təklif edirik”. Prezidentin bu unikal təklifi diqqətçəkəndir. TDT hələlik ortaq hərbi təlimlər keçirməyib, amma təşkilata üzv olan ölkələr, məsələn, Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan ortaq hərbi təlimlər keçiriblər. Bu mənada, gec-tez belə bir təklifin irəli sürüləcəyi gözlənilən idi.

Bakupost.az xəbər verir ki, bunu politoloq Turan Rzayev qeyd edib.

O, həmçinin hazırda belə bir təlimə çox ehtiyac olduğunu vurğulayıb:

"TDT-yə tamhüquqlu və müşahidəçi üzv olan ölkələrin heç də hamısı eyni hərbi sistemə sahib deyillər. Daha dəqiq desək, Macarıstan NATO, Türkiyə NATO və yerli ordu modelinə sahib olduğu halda, Mərkəzi Asiya ölkələrinin çoxu keçmiş SSRİ hərbi sisteminə malikdir. Azərbaycan isə xüsusilə son illərdə aparılan islahatlarla, NATO və Türkiyə modelinə yönəlib. Yəni təşkilat daxilində vahid ordu sistemi yoxdur.

Bu ordu sistemini formalaşdırmaq üçün ilk növbədə Azərbaycan Prezidentinin qeyd etdiyi kimi birgə hərbi təlim keçirilməlidir. Beləliklə üzv və müşahidəçi üzv ölkələrin orduları arasındakı fərqlər müəyyən edilə və bu, gələcəkdə ortaq TDT ordusunun yaradılması praktikasına hazırlıq sayıla bilər. Fərqlər qədər, əskikliklərin müəyyən olunması da mühümdür.

Qeyd etdiyim kimi, bu təlimlər gələcəkdə “Türk NATO-su”nun yaranması üçün mühüm hazırlıq ola bilər. 12.08.2025-ci il tarixində yazdığım bir təhlildə qeyd etmişdim ki, TDT-nin gələcəkdə NATO-ya bənzər təhlükəsizlik mexanizmlərinə və Avropa İttifaqına (Aİ) bənzər iqtisadi inteqrasiyaya sahib olması mümkündür. Hətta bu prosesdə ABŞ və Böyük Britaniya da maraqlıdır.

Aydın məsələdir ki, NATO istisnalar xaric daha çox Avropa xarakterli hərbi təşkilatdır. Bu mənada, ABŞ bütün ölkələri Alyansa üzv etməkdənsə, digər qitə və strateji regionlarda NATO bənzəri təşkilatların yaranmasına dəstək verir. Məsələn, AUKUS (Avstraliya, Birləşmiş Krallıq, ABŞ), QUAD (ABŞ, Yaponiya, Hindistan, Avstraliya), İbrahim Sazişləri (Abraham Accords) layihəsi buna nümunədir. Beləliklə TDT-nin də gələcəkdə hərbi qanadının olması mümkündür".

O bildirib ki, sözügedən layihənin gerçəkləşməsi halında ehtimal mərkəz qərargahının Türkiyədə olacağı istisna deyil:

"Lakin bununla belə, Azərbaycanda da mərkəz qərargah yerləşə bilər. Xüsusən vaxtilə Türkiyə–Rusiya müşahidə məntəqəsinin yerləşdiyi Ağdam, ya da Rusiya sülhməramlılarının yerləşdiyi Xocalıda qərargahın qurulması mümkündür.

Nəticə etibarilə, Prezident İlham Əliyevin TDT-yə üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsini təklif etməsi indiki məqamda “Türk NATO-su”nun qurulması mənasına gəlməsə də, gələcəkdə bunun olma ehtimalının müzakirə edildiyi, hətta təsdiqlənməyən, lakin üzərində işlənən bir layihənin masada olması kimi dəyərləndirilə bilər".


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:178
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 14 Oktyabr 2025 08:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see367

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see325

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see287

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see263

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see260

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see251

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see240

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see234

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see232

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see219

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see215

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see213

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see211

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see208

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see207

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see202

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see202

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see195

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see195

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri