Teatr prodüserliyi üzrə təhsil tərəfimizdən maliyyələşdirilir, lakin müraciət edən yoxdur
Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.
Teatr prodüserliyi üzrə təhsil xüsusi Təqaüd Proqramına əsasən nazirlik tərəfindən maliyyələşdirilməsinə baxmayaraq sırf bu istiqamət üzrə müraciət daxil olmayıb.
Redaktor.az xəbər verir ki, bunu "Report"a müsahibəsində Mədəniyyət Nazirliyinin Teatr sektorunun müdiri Böyükxanım Talıbova deyib.
Onun sözlərinə görə, Azərbaycanda teatr prodüserliyi hələ tam formalaşmayıb:
"Amma onun institutlaşdırılması istiqamətində müəyyən addımlar atılır. İdarəetmənin və sənət sahəsinin modernləşdirilməsi çərçivəsində prodüserlik fəaliyyətinə dəstək verilməsi istiqamətində müəyyən təşəbbüslər var. Gənclərin xarici ölkələrin nüfuzlu universitetlərində təhsil alması, eyni zamanda müxtəlif istiqamətlər üzrə təlim kursları və beynəlxalq təcrübə proqramlarında iştirakı hər zaman diqqətdə saxlanılır".
Sektor müdiri, bu mənada, Prezident İlham Əliyevin 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası ilə bağlı sərəncamın xüsusi əhəmiyyət daşıdığını vurğulayıb:
"Həmin Strategiyada nəzərdə tutulan Mədəniyyət Nazirliyinın "Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd Proqramı" çərçivəsində incəsənət sahəsinin, demək olar ki, bütün istiqamətləri üzrə təhsil maliyyələşdirilir, o cümlədən teatr prodüserliyi də. Biz nazirlik olaraq hər zaman dövlət teatrlarının əməkdaşlarını və incəsənət istiqamətli ali təhsil müəssisələrində təhsil alan gəncləri, yeni məzun olanları bu təqaüd proqramı çərçivəsində bakalavriat və magistratura səviyyəsində təhsil almağa səsləyirik. Təəssüf ki, sırf mədəniyyət sahəsində idarəetmə və teatr prodüserliyi üzrə hələ ki müraciət daxil olmayıb".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:26
Bu xəbər 28 Yanvar 2026 18:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















