Teatrdan Xalq artistinin işdən çıxarılması ilə bağlı Açıqlama
Axsham.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Xəbər verdiyimiz kimi, Xalq artisti Əvəz Abdullayev Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında işdən çıxarıldığını bildirib.
Teatrın mətbuat xidməti Axşam.az-a açıqlamasında məsələyə münasibət bildirib.
“Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Xalq artisti Əvəz Abdullayev ilə bağlanmış əmək müqaviləsinin müddəti başa çatdığından, Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun olaraq müqaviləyə xitam verilib.
Bununla yanaşı diqqətə çatdırırıq ki, adıçəkilən sənətçinin daimi yaşayış yerinin xarici ölkədə olması səbəbindən onun teatrın truppasında davamlı və ştat əsaslı fəaliyyəti mövcud olmayıb. Beynəlxalq səhnə və teatr təcrübəsinə uyğun olaraq, ştatda təmsil olunmayan solistlərin səhnə fəaliyyətinə cəlb edilməsi əmək müqaviləsi çərçivəsində deyil, müvafiq müqavilələr əsasında həyata keçirilir.
Qeyd olunan yanaşma yaradıcı prosesin çevik təşkili, eləcə də peşəkar əməkdaşlıq imkanlarının səmərəli şəkildə təmin olunmasına xidmət edir” deyə, açıqlamada qeyd edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 04 Aprel 2026 15:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















