Icma.az
close
up
RU
TƏBİB 10 ayın hesabatını verib

TƏBİB 10 ayın hesabatını verib

Icma.az, Azvision portalına istinadən məlumat verir.

AzVision.az xəbər verir ki, bu barədə TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova bu gün Gəncə şəhərində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən media nümayəndələri üçün keçirilən təlimdə məlumat verib.
O eyni zamanda qeyd edib ki, ilkin səhiyyə xidmətlərinin gücləndirilməsi istiqamətində genişmiqyaslı institusional işlər aparılır. Mövcud idarəetmə, maliyyələşdirmə, kadr potensialı və infrastruktur üzrə aparılan təhlillər əsasında “İlkin tibbi-sanitariya yardımının təkmilləşdirilməsinə dair Konsepsiya Sənədi” hazırlanıb.
“Sənəd xidmətlərin əlçatanlığı, keyfiyyəti və dayanıqlılığı üzrə 7 strateji istiqamət və 36 tədbiri əhatə edir ki, bunlardan biri də ilkin səhiyyə müəssisələrinin maddi-texniki bazasının yenilənməsidir. Layihə güclü ilkin tibbi-sanitariya yardımının qurulması, profilaktikaya və sağlamlaşdırıcı tədbirlərə yönəlik səhiyyə sisteminin yaradılmasını, əhalinin sağlamlıq problemlərinin vaxtında aşkarlanması və onlara ən yaxın ərazidə həll olunmasıı hədəfləyir. Artıq pilot olaraq layihənin Bərdə rayonund aicrasına başlanılıb”.
Z.Ədilovanın sözlərinə görə, regionlarda cərrahi və anestezioloji xidmətlərin inkişafı da diqqət mərkəzindədir. “Zəruri cərrahiyyə və anesteziya xidmətlərinin təşkili üzrə Yol Xəritəsi” 2030-cu ilə qədər ölkənin müxtəlif ərazilərində nevroloji, ürək-damar, protezləmə və digər yüksək texnoloji cərrahi xidmətlərin əlçatanlığını artırmaq, eləcə də regionlara ixtisaslı kadrların cəlbi və davamlı tibbi təhsil proqramlarının tətbiqi məqsədini daşıyır.
“Qeyd edim ki, layihə 2015-ci ildə Londonda ÜST və BMT-nin dəstəyi ilə təsis edilən “Qlobal cərrahiyyə 2030” üzrə Lanset Komissiyasının müəyyən etdiyi hədəflərə uyğun olaraq reallaşdırılır. Sözügedən komissiyanın hədəfi dünyada bütün insanların təhlükəsiz, əlçatan və sərfəli cərrahi xidmətlərə çıxışını təmin etməkdir. Artıq TƏBİB tərəfindən cərrahiyyə və anesteziyanın inkişafı üzrə yol xəritəsi hazırlanır. 2028-ci ilə qədər ölkə üzrə 44 əsas zəruri cərrahi prosedura, 2030-cu ilə qədər isə regional səviyyədə daha çox (90 prosedur) xidmətə çıxışın təmin edilməsi nəzərdə tutulur. Bundan əlavə 2030-cu ildən TƏB mərkəzlərində yüksək texnoloji və intensiv terapiya tələb edən ixtisaslaşmış cərrahi xidmətlərin (neyrocərrahiyyə, ürək, protezləmə, bariatrik və s.) təşkili təmin olunacaqdır” – deyə departament rəhbəri vurğulayıb.
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:151
embedMənbə:https://azvision.az
archiveBu xəbər 27 Noyabr 2025 17:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see271

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see255

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see209

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see202

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see191

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see189

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see188

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see179

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see176

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see175

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see173

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see173

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see172

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see171

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see170

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see168

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see168

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see166

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see166

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri