Icma.az
close
up
RU
TƏBİB: 87 tibb müəssisəsi tibbi sığorta çərçivəsində xidmət göstərir

TƏBİB: 87 tibb müəssisəsi tibbi sığorta çərçivəsində xidmət göstərir

Icma.az bildirir, Azvision saytına əsaslanaraq.

Bu barədə TƏBİB-in Tibbi sığorta departamentinin rəhbəri Səbinə Quliyeva Gəncə şəhərində media nümayəndələri üçün təlimdə məlumat verib. Onun sözlərinə görə, cari ilin yanvar-oktyabr ayları ərzində əldə edilmiş nəticələrə əsasən, icbari tibbi sığorta hesabına icra edilən tibbi xidmətlərin sayı 67 milyon, tibbi xidmətlər üzrə ödənilən məbləğ isə 786 milyon manat təşkil edib:
"Bu, cari ilin 10 ay üzrə proqnozlaşdırılan tibbi xidmətlərin reyestr üzrə miqdarının və məbləğinin 91%-nə bərabərdir".
Səbinə Quliyeva həmçinin bildirib ki, 2025-ci ilin ilk 10 ayı ərzində tibb müəssisələrində icra olunan tibbi xidmət göstəricilərinin keçən ilin eyni dövrü ilə müqayisəsi bir sıra müsbət dinamikanı əks etdirir:
"TƏBİB-in tabeliyindəki tibb müəssisələrində sığortalıların tibbi xidmətə müraciət sayında 5% artım, icra olunan xidmətlərin ümumi sayında 21% artım, tibbi xidmətlər üzrə ödənilən məbləğdə isə 8% artım qeydə alınıb. Eyni zamanda, sığortaolunanların tibbi xidmətə müraciət sayının artması nəticəsində isə ötən illərlə müqayisədə TƏBİB tabeli tibb müəssisələrinə verilən göndəriş sayında 46% faiz artım müşahidə edilib".
Departament rəhbərinin sözlərinə görə, TƏBİB-in Tibbi sığorta departamenti tərəfindən tibb müəssisələrinin sığorta fəaliyyəti üzrə hesabatlılıq formalaşdırılaraq, tibb müəssisələri tərəfindən Xidmətlər Zərfi çərçivəsində icra olunan tibbi xidmətlərin təhlili, hesabatlılığı, verilmiş göndərişlərin təhlil və nəzarəti mütəmadi şəkildə aparılır:
"TƏBİB-in həyata keçirdiyi nəzarət tədbirləri icbari tibbi sığorta çərçivəsində xidmətlərin şəffaf və keyfiyyətli icrasına xidmət edir. 2025-ci il üzrə tibbi xidmətlərin illik proqnoz hesabatı TƏBİB tərəfindən hazırlanır və hər yarımil üzrə nəticələr təhlil edilərək növbəti dövrlərdə xidmətlərin maliyyələşmə mexanizmlərinin təkmilləşdirilməsində istifadə olunur. Məqsədimiz tibbi müəssisələrinin maliyyə dayanıqlığını təmin etmək, eyni zamanda, sığortalıların xidmətlərə əlçatanlığını artırmaqdır. Bunun üçün bütün göstəricilər üzrə sistemli analiz aparılır və resursların səmərəli bölgüsü təmin edilir".
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:26
embedMənbə:https://azvision.az
archiveBu xəbər 27 Noyabr 2025 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see186

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see185

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see159

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see149

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see148

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see148

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see147

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see146

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see135

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri