Icma.az
close
up
RU
TƏBİB də islahatlar BAŞLADI Onlar vəzifələrini İTİRDİLƏR SİYAHI

TƏBİB də islahatlar BAŞLADI Onlar vəzifələrini İTİRDİLƏR SİYAHI

Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

TƏBİB-in tabeliyində olan bir neçə tibb müəssisəsinin rəhbər şəxsləri işdən azad olunub.

Milli.Az xəbər verir ki, Yeni Klinikanın direktoru Barat Yusubov, Klinik Tibbi Mərkəzin direktoru Könül Ələkbərov və Sabunçu Tibb Mərkəzinin direktoru Nurəngiz Bəşirova tutduqları vəzifələrdən azad ediliblər.

Eyni zamanda, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin direktoru Mirələm Cəlalov da vəzifəsindən kənarlaşdırılıb.

Respublika Uroloji Mərkəzin direktoru Pərviz Hacıyev və Abşeron Mərkəzi rayon Xəstəxanasının direktoru Səkinə Sadıxovanın da vəzifələrindən azad edilməsi barədə də məlumatlar yayılıb.

Qeyd edək ki, Barat Yusubov 2023-cü ildə Yeni Klinikaya direktor təyin edilib.

Könül Ələkbərov ixtisasca anestezioloq-reanimatoloqdur. O, 2017-ci ildə icbari tibbi sığorta ilə bağlı Mingəçevirdə həyata keçirilən pilot layihənin, daha sonra isə işçi qrupunun rəhbəri olub. 2021-ci ildən etibarən isə Klinik Tibbi Mərkəzin direktoru vəzifəsində çalışırdı.

Nurəngiz Bəşirova 2023-cü ildən Sabunçu Tibb Mərkəzinin direktorudur. Onun yerinə müavini Kamil Hacıyevin təyin olunduğu bildirilir.

Mirələm Cəlalov Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin direktoru vəzifəsinə 2023-cü ilin yayında, Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası ilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin birləşdirilməsi prosesindən sonra gətirilmişdi.Mirələm Cəlalovun gedişindən sonra mərkəzə rəhbərliyin müvəqqəti olaraq kimə həvalə ediləcəyi və ya yeni təyinatın kim olacağı barədə hələlik rəsmi məlumat verilməyib.

Xatırladaq ki, aprelin 14-də "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" (TƏBİB) publik hüquqi şəxsin Müşahidə Şurasının sədri, Azərbaycan Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədovun sədrliyi ilə keçirilən iclasda qurumun yeni icraçı direktoru vəzifəsinə Anar Bayramov təyin olunub.

Təyinatdan sonra TƏBİB-in strukturunda dəyişikliklər olub. Bir müddət öncə müşavir təyin olunan Zeynal Bayramlı vəzifəsindən azad edilib.

Daha sonra yeni icraçı direktor Anar Bayramovun əmri ilə onun müşavirləri Elnur Qurbanov, Emil Qasımov, Pərvin Əkbərov və Vüqar Yaqublu da vəzifələrindən kənarlaşdırılıblar.

Bundan əlavə, TƏBİB-in Strateji İnkişaf Departamentinin rəhbəri Murad Mirzəyev də işdən azad olunanlar sırasındadır.

Hazırda sözügedən vəzifələrə yeni təyinatlar açıqlanmayıb. Kadr dəyişikliklərinin davam edib-etməyəcəyi isə maraqla gözlənilir.

Mina Mikayılova
Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:231
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 22 Aprel 2026 16:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see423

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see304

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see300

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see293

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see284

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see274

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see261

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see257

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see241

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see233

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see225

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see206

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see197

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see195

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see191

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see188

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see185

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see173

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see170

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri