Icma.az
close
up
RU
TƏBİB dən Xətai rayonu üçün mühüm qərar

TƏBİB dən Xətai rayonu üçün mühüm qərar

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

TƏBİB-in tapşırığına əsasən Xətai rayonunda imtiyazlı xəstələrin dərman təminatını asanlaşdırmaq məqsədilə yeni mərkəzləşdirilmiş aptek fəaliyyətə başlayıb.

Moderator.az xəbər verir ki, vətəndaş məmnunluğunun artırılması və tibbi xidmətlərə əlçatanlığın təmin edilməsi məqsədilə TƏBİB rəhbərliyinin tapşırığı əsasında Bakı Baş Səhiyyə Mərkəzi tərəfindən Xətai rayonunda imtiyazlı xəstələr üçün yeni aptek istifadəyə verilib.

Yeni aptek Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi 22 ünvanında yerləşən 38 nömrəli Şəhər Poliklinikasının nəzdində yaradılıb. Aptekin fəaliyyətə başlaması, eyni zamanda 7 nömrəli Şəhər Poliklinikasının üzərindəki iş yükünün azaldılmasına xidmət edir.

Məlumata görə, aptek 38 nömrəli Şəhər Poliklinikasının və Zığ Sağlamlıq Mərkəzinin qeydiyyatında olan imtiyazlı xəstələrin dərman təminatını həyata keçirəcək. Ümumilikdə, yeni aptek 3142 nəfər vətəndaşa tibbi xidmət göstərəcək. Onlardan 2692 nəfəri 38 nömrəli Şəhər Poliklinikasının, 450 nəfəri isə Zığ Sağlamlıq Mərkəzinin dispanser qeydiyyatında olan şəkərli və şəkərsiz diabet xəstələridir.

Qeyd edək ki, indiyədək Xətai rayonu üzrə imtiyazlı xəstələr yalnız 7 nömrəli Şəhər Poliklinikasında yerləşən bir mərkəzləşdirilmiş aptekdən istifadə edirdi. Bu isə uzaq məsafə, növbələrin yaranması və aptekin həddindən artıq yüklənməsi kimi problemlərə səbəb olurdu. Yeni aptekin istifadəyə verilməsi bu çətinlikləri aradan qaldırmaqla yanaşı, sakinlər üçün böyük rahatlıq yaradacaq.

Onu da xatırladaq ki, analoji addım ötən ilin noyabr ayında Binəqədi rayonunda da atılıb, 9 nömrəli Şəhər Poliklinikasının iş yükünün azaldılması məqsədilə Biləcəri qəsəbəsində yerləşən 30 nömrəli Şəhər Poliklinikasının nəzdində imtiyazlı xəstələr üçün yeni aptek fəaliyyətə başlayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://moderator.az
archiveBu xəbər 09 Yanvar 2026 14:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see298

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see296

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see286

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see255

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see251

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see243

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see238

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see233

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see231

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see220

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see211

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see209

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see208

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see205

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see203

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see203

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see194

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see193

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see188

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri