Icma.az
close
up
RU
TƏBİB ə hər növ xidmət göstərən “SAR TRADE” MMC nin arxasında kimlər durur

TƏBİB ə hər növ xidmət göstərən “SAR TRADE” MMC nin arxasında kimlər durur

Icma.az, Hurriyyet saytına istinadən bildirir.

“Ucar rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsi tələb olunan “Inventarların satınalınması” üzrə 21.04.2025-ci ildə başladığı kotirovka sorğusuna yekun vurub. Müsabiqənin qalibi “SAR TRADE” MMC seçilib və tərəflər arasında 13.290,34 manat məbləğində satınalma müqaviləsininn bağlanılması planlaşdırılır.
Qeyd edək ki, sözügedən şirkət bir ay əvvəl Lənkəran rayon Mərkəzi Xəstəxanası ilə ümumi və texniki təyinatlı predmetlərin satınalınması üzrə 22.998,2 manat məbləğində satınalma müqaviləsi bağlamışdır. Fevral ayında isə “Ə.D.Məlikov adına Binəqədi Tibb Mərkəzi” publik-hüquqi şəxsi ilə AKSA markalı generatorun və qazanxana avadanlıqlarının əsaslı təmirinin satın alınması üzrə 17.278,74 manat, tibbi cihazların təmiri xidmətinin satın alınması üzrə 23.965,8 manat məbləğində satınalma müqaviləsi bağlamışdır.
Dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız araşdırma zamanı məlum oldu ki, “SAR TRADE” Məhdud Məsuliyyətli Cəmiyyəti 2024-cü ildə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) tabeli xəstəxanaların keçirdiyi 30-a yaxın tender və kotirovka sorğusunun qalibi olub. Bunlardan bəzilərini diqqətinizə çatdırırıq.
MMC bu müddət ərzində Tovuz rayon Mərkəzi Xəstəxanası ilə müxtəlif növ inventarların satınalınması üzrə 13.511, “Respublika Pediatriya Mərkəzi” ilə maşın və avadanlıqların əsaslı və cari təmiri xidməti üzrə 186.831,76, Göygöl rayon Mərkəzi Xəstəxanası ilə avadanlıqların təmiri üzrə 15.806,1, “M.Ə.Əfəndiyev adına Xətai Tibb Mərkəzi” ilə tibbi cihazların alışı üzrə 27.523,96, Şəki rayon Mərkəzi Xəstəxanası ilə sair İnventarların alınması üzrə 28.449,8, “M.Ə.Əfəndiyev adına Xətai Tibb Mərkəzi” ilə oksigen məntəqəsinin təmiri üzrə 6.065,2, “Sabunçu Tibb Mərkəzi” ilə üxtəlif növ tibbi və qeyri-tibbi inventar mallarının satın alınması üzrə 76.484,06, “Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi” ilə tələb olunan müxtəlif növ avadanlıqların təmiri üzrə 63.838, Saatlı rayon Mərkəzi Xəstəxanası ilə tibbi və qeyri tibbi avadanlıqların əsaslı və cari təmiri üzrə 40.750,36, “Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi” ilə tələb olunan tibbi və qeyri tibbi Inventarların satınalınması üzrə 79.709, Füzuli rayon Mərkəzi Xəstəxanası ilə müxtəlif növ avadanlıqların təmir xidməti üzrə 71.648,42, Ağdaş rayon Mərkəzi Xəstəxanası ilə tibbi avadanlıqlar üçün ehtiyat hissələrinin satınalınması və avadanlığın təmiri üzrə 32.459,44, “Sumqayıt Tibb Mərkəzi” ilə avadanlıqların təmiri və quraşdırılması xidməti üzrə 138.771,78, Hacıqabul rayon Mərkəzi Xəstəxanası ilə müxtəlif növ avadanlıqların satınalınması üzrə 11.557,04, Şirvan şəhər Mərkəzi Xəstəxanası ilə sair torpaq, tikili və avadanlıqların satın alınması üzrə 21.948, “Sumqayıt Tibb Mərkəzi” ilə proqram təminatı üzrə 4.484, Qazax rayon Mərkəzi Xəstəxanası ilə tələb olunan müxtəlif növ avadanlıqların alınması üzrə 95.950,99, Neftçala rayon Mərkəzi Xəstəxanası ilə tələb olunan müxtəlif növ avadanlıqların alınması və quraşdırılması üzrə 54.754,89, Şəki rayon Mərkəzi Xəstəxanası ilə oksigen stansiyasına təmir və servis xidməti üzrə 15.251,5, Xaçmaz rayon Mərkəzi Xəstəxanası ilə maşın və avadanlıqlar üzrə 106.383,26 manat məbləğində satınalma müqavilələri bağlayıb.
Amma Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə tabeli bu xəstəxanalardan fərqli olaraq Hacıqabul rayon Mərkəzi Xəstəxanası “SAR TRADE” MMC -nin uyğunluq göstəricilərinə tam cavab vermədiyini aşkar edib. 03.12.2024-cü ildə Hacıqabul Rayon Mərkəzi Xəstəxanası “SAR TRADE” MMC -ni şərtlər toplusunda mütləq likvidlik əmsalının 1.9-dən az olmaması tələb edilsə də, “Sar Trade” MMC sözügedən tələbi yerinə yetirmədiyinə görə və qiymət təklifi verərkən əsas şərtlər toplusunda qeyd olunmasına baxmayaraq təklifdə malların adlarını, markalarını və istehsalçı ölkəni qeyd etmədiyi üçün “Dövlət satınalmaları haqqında” Azərbaycan Respubikasının Qanununun 35.1.1 maddəsinə əsasən təchizatçı və (və ya) subpodratçı uyğunluq göstəricilərinə cavab vermədiyi və 35.1.5-ci maddəsinə əsasən təchizatçının təqdim etdiyi təklif formal tələblərə uyğun olmadığı üçün bu maddələri nəzərə alaraq açıq tender metodu üsulu ilə satınalma müsabiqəsindən kənarlaşdırmışdır.
Bu məlumatlar isə “SAR TRADE”MMC-nin uyğunluq göstəricilərinə cavab vermədiyini,malların adlarını, markalarını və istehsalçı ölkəni qeyd etməməklə saxtakarlığa yol verdiyini bir daha təsdiq edir.
Açıq internet axtarış sistemləri üzərindən apardığımız araşdırmada məlum oldu ki, “SAR TRADE” MMC (VÖEN 1402598961) Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 09.09.2013-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin hüquqi ünvanı BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYONU, QƏDİRBƏYOVA, ev 8A, BLOK 1, m. 37 -də yerləşir. MMC-nin qanuni təmsilçisi Kərimov Muxtar Kərim oğludur.
Reyestr məlumatlarında MMC-nin ilk adı 2020-ci ilə qədər “S AND B ENGINEERING SOLUTIONS”, 2024-cü ilin may ayına qədər “SAR MEDICAL” olub. Təsisçisi Niftəliyev Cabir Hüseynqulu oğludur.
Qeyd edək ki, “SAR TRADE” MMC -nin təsisçisi Niftəliyev Cabir Hüseynqulu oğlu həm də “Clinic Medical” MMC-nin qanuni təmsilçisidir. Elektron mediada 29 Avqust 2024-cü ildə yayılan məlumata görə “Clinic Medical” Məhdud Məsuliyyətli Cəmiyyəti valyuta tənzimi qaydalarını pozduğuna görə barəsində Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə ( avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) əsasən cərimə protokolu tərtib edilib.
Bundan əlavə MMC-nin adının tez-tez dəyişdirməsi bir sıra şübhəli məqamların olduğunu ortaya çıxardı.Apardığımız araşdırma zamanı məlum oldu ki, hazırda “SAR TRADE” MMC -nin “SAR MEDICAL” kimi də adı bir çox şübhəli satınalmalarda hallanır.
Göründüyü kimi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə tabeli Xəstəxanaların əksəriyyəti satınalmaların təşkili zamanı “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun bir çox tələblərinə riayət etməmişdir. Belə ki, MMC bir xəstəxanada müxtəlif növ avadanlıqların təmiri üzrə, digərində qeyri-tibbi avadanlıqların təmiri üzrə işlər aparır, bir xəstəxanaya müxtəlif növ inventarlar satır, başqa birisinə müxtəlif çeşiddə mallar, yumşaq invertar, yataq ləvazimatları və xüsusi geyimlər satır, hətta həyətyanı sahələrin yaşılllaşdırılması, işıqlandırılması xidmətini görür. Bütün bunlar onu təsdiq edir ki, “SAR TRADE” MMC TƏBİB-ə tabeli qurumlara hər növ xidmət göstərir. Satınalmalarda uyğunluq göstəriciləri nəzərə alınmadan. Bu isə onun göstərir ki, TƏBİB-də bu MMC-nin arxasında duran maraqlı şəxslər var.
Ümumiyyətlə, görəsən “SAR TRADE” MMC-nin qalib olduğu satınalmaları respublikanın şimalından cənubuna, şərqindən qərbinə həyata keçirməyə müvafiq lisenziya və müqavilə ilə işləyən işçiləri, maddi-texniki bazası varmı? Bu şirkət haqqında açıq mənbələrdə heç bir məlumata rast gəlinmir. Son bir neçə ayda onlarla satınalmanın qalibi olan MMC-nin nə sosial şəbəkə hesabı, nə də bir veb-səhifəsi yoxdu. Maddi texniki bazası, işçi qüvvəsi barədə də həmçinin.
Görsənən odur ki, MMC-nin günün tələblərinə uyğun heç nəyi olmasa da güclü arxası var. Bu ya Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində oturur, ya da Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində.
Aktualinfo.org

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:48
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 04 İyul 2025 13:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyan: Ermənistan və Azərbaycan ərazi bütövlüyü məsələsini həll edib

18 Avqust 2025 19:09see229

Britaniya həmin siyahını İrana verdi: Bu müsəlman ölkəsinin adı var!

19 Avqust 2025 00:40see211

Vətən sərhədlərində gözlərini qırpmadan keşik çəkənlər... Azərbaycan Sərhəd Mühafizəsi 106 yaşında

19 Avqust 2025 00:40see150

Vüqar Əhmədovun vazkeçilməz 10 manatlıq şirkəti Bu dəfə 2,3 milyonluq müqavilə bağlayıb

18 Avqust 2025 20:36see148

Azərbaycan dilində danışmıram? Özüm bilərəm Günel VİDEO

19 Avqust 2025 09:02see147

Peskovun qızı istirahət görüntülərini paylaşdı FOTO

18 Avqust 2025 19:33see145

"Doktor Gülü" əməliyyat masasındakı qadının LÜT GÖRÜNTÜSÜNÜ YAYDI VİDEO

19 Avqust 2025 18:49see144

Ürəkbulanmaya əhəmiyyət verməyən hamilə qadında ölümcül xəstəlik aşkarlandı

19 Avqust 2025 21:00see127

Starlink in işində nasazlıq yarandı

19 Avqust 2025 02:37see125

İnsanın beyin hüceyrələri siçanları depressiyadan sağaldıb...

18 Avqust 2025 23:43see124

Nəsillərə örnək olan qüdrətli poeziya Bəxtiyar Vahabzadə 100

19 Avqust 2025 21:02see124

Yuxuda it görmək, bala it görmək, it sürüsü görmək, iti sığallamaq, itin dişləməsi... Yuxuyozma Video

19 Avqust 2025 23:20see123

Hindistanda üç yaşlı qız bəbirin hücumundan sağ çıxa bilib

19 Avqust 2025 06:17see123

Qarabağ ın Budapeşt zəfəri Video

20 Avqust 2025 02:51see123

Ukraynadakı müharibəni sona çatdıra bilərik NATO Baş katibi

19 Avqust 2025 00:04see123

Sülh və demokratiya: iki kəlmə, tək məna

19 Avqust 2025 15:13see120

Burak Yılmaz Super Liqa klubunda

19 Avqust 2025 00:05see120

İmişli də ən azı bir yüzfaizli qol imkanını əldən verdi Aslan Kərimov debütantlardan nə gözləyir?

19 Avqust 2025 02:36see120

Universitetlərə müsabiqədənkənar qəbul olanların sayı açıqlanıb

19 Avqust 2025 11:22see119

Solaxaylarla bağlı yeni araşdırma: Risk daha böyükdür

20 Avqust 2025 02:11see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri