Icma.az
close
up
RU
TƏBİB gələn il ilə bağlı hədəflərini açıqlayıb

TƏBİB gələn il ilə bağlı hədəflərini açıqlayıb

Azvision portalından alınan məlumata görə, Icma.az xəbər verir.

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov “TƏBİB-in 2025-ci ilin yekunlarına və gələcək planlara dair” brifinqdə gələcək hədəfləri açıqlayıb:
“Əsas prioritetimiz tibbi xidmətlərin keyfiyyətinin və pasiyent təhlükəsizliyinin yüksəldilməsi olacaq. Bu çərçivədə klinik protokolların icrası gücləndiriləcək, ana və uşaq sağlamlığı üzrə risklərin azaldılması, infeksiyaların və ağırlaşmaların minimuma endirilməsi əsas diqqət mərkəzində saxlanılacaq. Səhiyyə xidmətlərinin idarə olunması nəticəyönümlü keyfiyyət indikatorları əsasında aparılacaqdır.
Eyni zamanda ilkin səhiyyənin və profilaktik yanaşmaların gücləndirilməsi davam etdiriləcək. Ailə həkimliyi və ilkin tibbi-sanitariya yardımının rolu artırılacaq, erkən müraciətlərin təşviqi, skrininq proqramlarının genişləndirilməsi və risk qrupları üzrə nəzarətin gücləndirilməsi əsas istiqamətlərdən biri olacaqdır”.
V.Qurbanov əlavə edib ki, regionlarda tibbi xidmətlərə əlçatanlığın artırılması da prioritet olaraq qalacaq:
“İxtisaslaşmış tibbi xidmətlərin regionlarda əlçatan olması davam etdiriləcək, kadr çatışmazlığının azaldılması üçün məqsədyönlü tədbirlər görüləcəkdir. Bununla paralel olaraq, infrastrukturun və maddi-texniki bazanın modernləşdirilməsi, əsaslı təmir və yenidənqurma işləri, modul tipli tibb obyektlərinin tətbiqi və avadanlıqların mərhələli yenilənməsi davam etdiriləcək.
İcraçı direktor vurğulayıb ki, rəqəmsal səhiyyə və idarəetmənin gücləndirilməsi 2026-cı ilin əsas istiqamətlərindən biri olacaq:
“Tibbi turizm üzrə hədəf ölkələrlə sistemli əməkdaşlığın qurulması və genişləndirilməsi, yerli tibb müəssisələrinin tibbi turizm çərçivəsində xidmət göstərməsi üçün institusional və təşkilati hazırlıqların aparılması də növbəti ilin hədəflərindəndir. Bildirməliyəm ki, 2025-ci il ərzində tibbi turizmin sistemli və dayanıqlı inkişafı məqsədilə bir sıra strateji addımlar atılıb. Bu istiqamətdə tibbi turizm strategiyası hazırlanıb, hədəf bazarlar müəyyən edilib, tibbi turistlər üçün prioritet xidmətlər seçilib, beynəlxalq sərgilərdə iştirak etməklə tibbi turizm imkanlarının tanıdılması həyata keçirilib.
Növbəti ildə icbari tibbi sığorta çərçivəsində xidmətlərin səmərəliliyi və şəffaflığı daha da gücləndiriləcək, göndəriş və növbə mexanizmlərinin optimallaşdırılması hesabına vətəndaşların gözləmə müddəti azaldılacaqdır”.
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:139
embedMənbə:https://azvision.az
archiveBu xəbər 19 Dekabr 2025 13:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see323

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see314

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see304

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see288

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see284

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see263

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see256

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see246

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see244

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see224

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see223

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see223

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see222

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see221

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see212

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see209

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see208

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see193

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see176

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri