TƏBİB həkimin ölüm səbəbini açıqladı
Icma.az bildirir, Cebheinfo portalına istinadən.
Xəbər verdiyimiz kimi, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Nəsimi Təcili Tibbi Yardım Stansiyasının anestezioloq-reanimatoloq həkimi Asəf Hümbətov vəfat edib.
O, gecə saatlarında iş başında dünyasını dəyişib.
Həkimin vəfatı ilə bağlı “Cebheinfo.az” Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu ünvanlayıb.
Qurumdan sorğumuza cavab olaraq bildirilib ki, xəstə ürək dayanmasından vəfat edib:
“31.07.2025-ci il tarixində saat 02:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Nəsimi Təcili Tibbi Yardım Stansiyasının anestezioloq-reanimatoloq (ARB) həkimi Asəf Hümbətovda qəfləti ürək dayanması qeydə alınıb.
Təcili tibbi yardım əməkdaşlarının göstərdiyi tibbi müdaxiləyə baxmayaraq, şəxsin ölüm faktı qeydə alınıb”.
Gülər
“Cebheinfo.az”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 31 İyul 2025 13:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















