Icma.az
close
up
RU
TƏBİB in 5 min manata xaricdən gətirdiyi həkimlərin maaşı azaldılıb? Açıqlama

TƏBİB in 5 min manata xaricdən gətirdiyi həkimlərin maaşı azaldılıb? Açıqlama

Medicina saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) xaricdən dəvət etdiyi həkimlərin maaşı azaldılıb.

Bu iddia ilə bağlı məlumat bir neçə gün öncə Azadmedia.az-da yayımlanıb.

Məlumatda qeyd edilib ki, əvvəlcə xaricdən geri çağırılaraq 5 min manat məvaciblə işə dəvət alan bu tibb mütəxəssisləri sonradan 1200 manat maaşla işləməyə davam ediblər. Həkimlərlə 5 min manat əməkhaqqı müqaviləsinin cəmi 6 ay sürdüyü, sonra maaşların azaldıldığı bildirilir.

Bundan əlavə, onların İcbari Tibbi Sığortadan gələn ödənişləri də aldığı qeyd olunub.

Məsələ ilə bağlı İcbari Tibbi Sığorta Agentliyindən “Qafqazinfo”nun müraciətinə belə cavab verildi:


“Xarici ölkədə təhsil almış bəzi həkim-mütəxəssislər “Tibb müəssisələrində ixtisaslı kadr çatışmazlığının aradan qaldırılmasına dair Proqram” çərçivəsində TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində xüsusi şərtlərlə işə qəbul edilir. Tibb müəssisələrində işə qəbul olunan həkim-mütəxəssislərin fəaliyyətinin və iş şəraitinin qiymətləndirilməsi məqsədilə Monitorinq Komissiyası tərəfindən bir həkim-mütəxəssis üçün 6 aylıq əsaslarla müəyyən edilmiş qayda əsasında monitorinq həyata keçirilir.

Hər bir həkim-mütəxəssis Proqram çərçivəsində fəaliyyətinin davam etdirilməsi üçün bu Qaydada nəzərdə tutulmuş göstəricilərə uyğun fəaliyyət göstərməlidir. Bu səbəbdən Proqram çərçivəsində fəaliyyət göstərən həkim-mütəxəssislərin peşəkar fəaliyyəti və şəxsi keyfiyyətləri Komissiya tərəfindən qiymətləndirilir. Peşəkar fəaliyyəti üzrə qiymətləndirilmə zamanı cərrahi, terapevtik, radioloq, anestezioloq-reanimatoloq ixtisasları üzrə həkim mütəxəsssislər tərəfindən icra olunan əməliyyat, pasiyent sayları, xidmət göstərilən pasiyentlərin məmnunluq göstəriciləri və digər fəaliyyətlər monitorinq edilir.

Şəxsi keyfiyyətləri üzrə isə onların sərgilədiyi davranış (öz bilikləri ilə digər əməkdaşlara bölüşməyə hazır olması, tövsiyələri ilə məsləhət verməyə hazır olması və s.), etik qaydalara riayət etməsi, tibb müəssisəsinin nüfuzunun artmasına verdikləri töhfə və digər göstəricilər dəyərləndirilir. Nəzərdə tutulmuş göstəricilərə cavab verməyən həkim-mütəxəssislərə həvəsləndirici əlavələrin verilməsi Proqramın müvafiq bəndinə əsasən dayandırılır”.

İTS-dən, həmçinin bildirilib ki, həkim-mütəxəssis fəaliyyətinin nəticələrinə görə monitorinqdən müvəffəqiyyətlə keçdikdə həvəsləndirici əlavənin ödənilməsi növbəti dövr üçün uzadılır:

“Məlumat üçün bildirək ki, sözügedən həkimlərə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”na əsasən aylıq vəzifə maaşı, sabit həvəsləndirici əlavə, işin nəticələrinə görə aylıq həvəsləndirici əlavə (bonus) və qanunvericiliklə nəzərdə tutulmuş digər ödənişlər hesablanır”.



Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://www.medicina.az
archiveBu xəbər 04 Aprel 2025 13:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see661

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see514

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see514

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see330

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see319

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see312

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see311

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see307

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see300

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see292

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see267

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see266

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see263

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see259

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see258

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see258

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see255

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see253

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see253

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see229
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri