TƏBİB lə bağlı 24 min manatlıq dələduzluq
Qaynarinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Tibbi Ərazi Bölmələrini İdarətetmə Birliyinə (TƏBİB) işə düzəltmək adı ilə vətəndaşlara qarşı ələduzluq etməkdə təqsirləndirilən şəxsə hökm oxunub.
Qaynarinfo-nun məlumatına görə, Saatlı Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 178.2.2 (Dələduzluq - təkrar törədildikdə) və 178.2.4-cü (Dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə mühakimə olunan Cavid adlı təqsirləndirilən şəxs 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İş materiallarından məlum olur ki, o, iki nəfəri TƏBİB-ə sürücü kimi işə düəzldəcəyini vəd edib. Bunun müqabilində onların hərəsindən 12 000 manat pul alıb. Bundan başqa, o, bir nəfəri də həbsdən azad etdirəcəyini vəd edərək buna görə 4000 manat pul alıb.
Cavid sonradan vəd verdiyi etdiyi şəxslərdən yayınmağa başlayıb. Zərəçəkmişlər aldadıldıqlarını anlayaraq hüquq-mühafizə orqanlarına müraciət edib.
Cavid saxlanıldıqdan sonra ona müvafiq maddələrlə ittiham elan edilib. Həmçinin məhkəmənin qərarı barəsində həbs qətimkan tədbiri seçilib.
Məhkəmə zamanı Cavid verilmiş ittiham üzrə özünü qismən təqsirli bilib.
Seyid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:40
Bu xəbər 25 Sentyabr 2025 18:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















