TƏBİB: Qardaşın bıçaqladığı bacının vəziyyəti orta ağırdır
Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.
TƏBİB Goranboyda bıçaqlanan qadının vəziyyətini orta ağır qiymətləndirib.
Yenisabah.az xəbər verir ki, bu gün saat 06:50 radələrində boğazın kəsilmiş yarası diaqnozu ilə Gəncədə Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunmuş pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti orta ağır qiymətləndirilən şəxsin müalicəsi Cərrahiyyə şöbəsində aparılır.
DİN mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov apa-ya bildirib ki, Goranboy Rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində şəxsə kəcisi deşici ailətlə xəsarət yetirməkdə şübhəli bilinən 32 yaşlı Samir Nəcəfov saxlanıb.Faktla bağlı araşdırmalar davam etdirilir.
Hadisə Nizami kəndində qeydə alınıb. 1987-ci il təvəllüdlü G. Abbasova boğazının kəsilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 31 May 2025 11:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















