TƏBİB: “Sədərək” ticarət mərkəzində yanğınla əlaqədar müraciət edən 4 nəfərdən 2 nin durumu orta ağırdır
Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Sədərək” ticarət mərkəzində yanğınla əlaqədar təcili tibbi yardım briqadasına ümumilikdə, 4 nəfərin (kişi cinsli) müraciəti qeydə alınıb.
TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, onlardan 2 nəfər ilkin tibbi yardımdan sonra Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub.
Hər iki şəxsə tüstüdən zəhərlənmə diaqnozu təyin olunub və zəruri tibbi xidmət göstərilib. Vəziyyətləri orta ağır qiymətləndirilir, müalicələri davam etdirilir.
Digər 2 nəfərə (kişi cinsli) isə təcili tibbi yardım briqadası tərəfindən yerində tibbi yardım göstərilib.

TƏBİB: Sədərək ticarət mərkəzində yanğınla əlaqədar 3 təcili yardım briqadası göndərilib
24 Avqust 2025 13:45
TƏBİB “Sədərək”dəki yanğınla bağlı məlumat yaydı
24 Avqust 2025 14:06
Sədərək ticarət mərkəzindəki yanğınla əlaqədar yollarda təhlükəsizlik tədbirləri görülür
24 Avqust 2025 14:09
DİN: “Sədərək” ticarət mərkəzində yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib
24 Avqust 2025 12:21
“Sədərək” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib
24 Avqust 2025 13:45

