Icma.az
close
up
RU
TƏBİB “Ucqar ərazilərdə tibbi xidmət” layihəsini davam etdirir Fotolar

TƏBİB “Ucqar ərazilərdə tibbi xidmət” layihəsini davam etdirir Fotolar

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

TƏBİB tərəfindən ucqar kənd ərazilərində yaşayan əhalinin tibbi xidmətlərə əlçatanlığının artırılması, ahıl və həssas qruplara daxil olan şəxslərin, eləcə də uşaqların tibbi müayinələrə cəlb olunması, profilaktik tədbirlərin vaxtında həyata keçirilməsi məqsədilə “Ucqar ərazilərdə tibbi xidmət” layihəsi davam etdirilir.

“Qafqazinfo” xəbər verir ki, TƏBİB və Yeni Klinikanın təşkilatçılığı, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, Azərbaycan Respublikası Səhiyyə İşçiləri Həmkarlar İttifaqının və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının dəstəyi ilə növbəti dəfə Lerik Rayon Mərkəzi Xəstəxanasında həyata keçirilən layihə çərçivəsində 200-dən çox vətəndaşa ixtisaslı həkim-mütəxəssislər tərəfindən oftalmoloji tibbi xidmətlər göstərilib.

Layihə çərçivəsində ərazidə yaşayan həssas əhali qrupları, o cümlədən müharibə iştirakçıları və şəhid ailələrinin üzvləri də tibbi müayinələrdən keçiblər. Müayinələr zamanı ixtisaslı tibbi xidmətə ehtiyacı yaranan sakinlərin aidiyyəti tibb müəssisələrinə yönləndirilməsi təmin edilib.

Bununla yanaşı, müayinələrə cəlb olunan sakinlərə ölkəmizin səhiyyə sahəsində həyata keçirilən yeniliklər və tibbi xidmətlərə əlçatanlığın təmin edilməsi istiqamətində görülən işlərlə bağlı məlumat verilib.

Qeyd edək ki, “Ucqar ərazilərdə tibbi xidmət” layihəsinin növbəti mərhələlərdə digər bölgələrdə də həyata keçirilməsi planlaşdırılır.







Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 04 Noyabr 2025 11:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see253

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see243

Nazirlik Qarabağ Toxum şirkətində maliyyə nöqsanı AŞKARLADI

20 Dekabr 2025 16:33see212

FT: “AK nin təşəbbüsünün qatili Corca Meloni olub”

19 Dekabr 2025 15:39see207

“Azərbaycanın bank sistemi Ermənistanın bank sistemi ilə müqayisədə zəifdir” DEPUTAT

19 Dekabr 2025 14:13see176

Avtomobil nəhəngi 37 min avtomobili geri çağırır

20 Dekabr 2025 11:09see158

Çexiya təşəbbüsü davam edəcək...

20 Dekabr 2025 04:22see148

Türkiyə Super Liqası: Antalyaspor səfərdən xalsız döndü

20 Dekabr 2025 02:06see146

Məhkəmə Hüquq Şurasının nümayəndə heyəti Albaniyada təcrübə səfərində olub

19 Dekabr 2025 18:52see145

Fotoqraflar nadir qurbağaların ölümünə səbəb oldular FOTO

19 Dekabr 2025 18:05see142

Ərzaq bazarında qiymət artımı inflyasiyanı necə üstələyir?

20 Dekabr 2025 11:53see142

Zelenski istedadlı sənətkardır Putindən həmin videoya münasibət

19 Dekabr 2025 13:59see139

Neftçi Yevlaxa yola düşdü

19 Dekabr 2025 19:11see139

Özbəkistan Azərbaycanla tarixi filmlər istehsalına başlayır “Dirik tarix” layihəsi

19 Dekabr 2025 17:14see138

KİV: Pentaqon ardıcıl səkkizinci ildir KONKRET

20 Dekabr 2025 00:35see135

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see135

La Liqa: “Valensiya” və “Malyorka” sülhlə ayrılıblar

20 Dekabr 2025 02:06see135

Saçların daha sürətli uzanmasını təmin edən TƏBİİ YAĞLAR

20 Dekabr 2025 02:36see134

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see133

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri