Icma.az
close
up
RU
TƏBİB və stomatolqlar haqlı tərəf kimdir?!

TƏBİB və stomatolqlar haqlı tərəf kimdir?!

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

İcbari tibbi sığorta əsasən minimum tibbi xidmətləri təqdim edir ki, buda əsasən aztəminatlı, sosial cəhətdən zəif müdafiə olunan və həssas əhali  üçün əlçatan olsun. Əslində tibbi sığortanın fəlsəfəsi elə budur, hamı sığorta haqqını ödəyir, ancaq ehtiyacı olan vətəndaşlar tibbi xidmətlərdən yararlanır. Məsələyə gəlincə stomatoloji xidmətlər bütün dünyada olduğu kimi bizdə də xidmətlər zərfinə daxil edilmir. Bu səbəbdən stomatoloji xidmətlər tibbi müəssisə daxilində ödənişli həyata keçirilir, yəni orda calışan stomatoloq əmək haqqısını büdcə hesabına alır,  istifadə olunan maddi resurslar tibbi müəssisə tərəfindən qarşılanır.

Təqdim olunan təhlillərdən belə məlum olur ki, rayonlarda stomatoloji xidmətlər mövcud tələbatdan artıq olduğu, maddi resursların səmərəli olmadığı və ödənişlərin tam nağdsız rəsmi qaydada verilmədiyindən belə bir hal baş verib. Görünən budur ki, ixtisar olunan stomatoloqlar ay ərzində ya heç bir tibbi xidmət göstərməyiblər, ya da tibbi xidmət göstərilibsədə, rəsmi ödəniş olunmayıb və üstəlikdə ayda əmək haqqı alıblar belə halda iqtisadi rentabellik əldə olunmayıb.

Hamıya aydındır ki, rayonlarda ciddi həkim çatışmazlığı mövcuddur, eləcə də  kənd və qəsəbələrdə stomatoloqlar faktik olaraq yox dərəcəsindədi. Gəlin etiraf edək ki, özəl stomatoloji kabinetlərdə xidmətlərin qiymətləri, hamı üçün əlçatan deyil.

Yaxşı olardı ki, bu məsələlər daha ciddi təhlil olunardı, yəni birincisi, ay ərzində pasiyent qəbul edən, dövlət hesabına maddi resurslardan yararlanan,  rəsmi ödəniş etməyən və əmək haqqı alan stomatoloqlar;

İkincisi ay ərzində pasiyent qəbul etməyən, sadəcə əmək haqqı alan. hər gün işə gedib gələn həkimlər ( əgər belə həkimlər mövcuddursa!)

İqtisadi nöqteyi-nəzərindən daha uyğun olardı ki, ixtisar olunan, təcrübəsi və pasiyent bazası buna imkan verən stomatoloqlar üçün tam təchiz olunmuş həmin stomatoloji kabinetlər özlərinə icarəyə verilərdi ya da hər icra olunan xidmətlərdən rəsmi kassa ödənişi olduğu halda, həvəsləndici bonuslar əsasında müştərək şəkildə təklif olunardı.

Ancaq indiki vəziyyətdə həkimləri gözlənilmədən ixtisar etmək,  alternativ iş təklif etməmək, işsiz qoymaq,  həm mənəvi cəhətdən düzgün deyi, həmdə ki, işsizliyin qarşısının alınmasına ziddir.

Nicat Xəlilov

Əczaçılıq üzrə fəlsəfə doktoru,

Səhiyyə eksperti

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://modern.az
archiveBu xəbər 09 Yanvar 2026 16:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see292

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see280

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see250

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see225

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see223

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see220

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see214

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see210

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see210

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see200

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see190

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see187

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see186

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see186

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see184

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see184

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see183

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see180

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see180

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri