TƏBİB xidməti maşın almaq istədi, icazə verilmədi
Hurriyyet saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
TƏBİB-in keçirdiyi tenderlərin ard-arda ləğv edilməsi prosesi müşahidə olunur.
Hurriyyet.az xəbər verir ki, son bir ayda 50-dən çox tenderi ləğv edilən TƏBİB-in daha bir müsabiqəsinin nəticələri qəbul edilməyib.
Billdirək ki, “Rəqəmsal Tibbi Həllər” MMC minivan tipli xidməti minik avtomobilin satın alınmasını həyata keçirmək üçün müsabiqə keçirib. 67.800 manatlıq avtomobil almaq istəyən MMC Anti İnhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin qərarı ilə ləğv edilib. Dövlət Xidməti bununla əlaqədar qərar qəbul etdiyini, lakin bunun səbəblərini açıqlamayıb.
Xatırladaq ki, “Rəqəmsal Tibbi Həllər” MMC bu il yaradılıb. Şirkət 100 manat nizamnamə kapitalı ilə Bakı şəhəri Yasamal rayonu, Nəriman Nərimanov pr. ev.206A-da dövlət qeydiyyatına alınıb.
Şirkətə baş icraçı direktoru Mehdiyev Ramil Yunis oğludur. R.Mehdiyev bundan öncə İcbari Tibbi Sığorta Agentliyində baş informasiya inzibatçısı vəzifəsində çalışıb. Həmin posta isə “PAŞA Sığorta” ASC-də gəlib./Tribunainfo.az/
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 04 Noyabr 2024 19:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















