Icma.az
close
up
RU
TƏBİB yanlış diaqnoz məsələsinə aydınlıq gətirdi FOTO

TƏBİB yanlış diaqnoz məsələsinə aydınlıq gətirdi FOTO

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanda vətəndaş qızının elektron xəstəlik tarixçəsinə nadir və ağır xəstəliklə bağlı yanlış diaqnoz daxil edildiyindən şikayətçi olub.

Globalinfo.az xəbər verir ki, bu barədə o, sosial şəbəkədə paylaşım edib.

Vətəndaş qeyd edib ki, övladının işə qəbulu üçün aldığı sağlamlıq arayışından sonra TƏBİB-in elektron sistemində “Yakob xəstəliyi zamanı demensiya” diaqnozunun yerləşdirildiyini aşkar edib.

“Sonuncu dəfə bu xəstəlik 1998-ci ildə Böyük Britaniyada qeydə alınıb və heyvanmənşəli nadir və dəhşətli xəstəliklərdən biri kimi xarakterizə olunur. Yeri gəlmişkən, ingilislər belə bir xəstəliyin mövcudluğundan sonra məcbur olub cütdırnaqlı bütün heyvanları məhv ediblər. Nəticədə dövlətin iqtisadiyyatına külli miqdarda ziyan dəyib. Apardığım araşdırmalardan belə məlum olur ki, Azərbaycanda belə bir xəstəliyin qeydə alınması və açıq sistemə yerləşdirilməsi ilə bu ölkənin Ümumdünya Səhiyyə Təşkilatı qarşısında fövqəladə vəziyyət elan etmək kimi bir öhdəliyi var”, – deyə şikayətçi yazıb.

Onun sözlərinə görə, belə bir xəstəliyi yalnız vəfat etmiş şəxsin beyin toxumalarının laborator müayinəsi ilə müəyyən etmək mümkündür və bu səbəbdən belə bir diaqnozun sistemə daxil edilməsi ailə üçün ciddi stres yaradıb.

Şikayətçi bildirib ki, məsələ ilə bağlı hələ iki ay əvvəl Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) müraciət etsə də, nəticəsi olmayıb.

Baş vermiş hadisə ilə bağlı TƏBİB-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Fatimə Fadil qızı Paşazadənin şəxsi kabinetində – my.gov.az portalında səhvən 2024-cü ildə “Kreystfeld-Yakob xəstəliyi zamanı demensiya” diaqnozunun qeyd olunması faktı qeydə alınıb.

“Aparılan araşdırma zamanı müəyyən edilib ki, bu texniki yanlışlıq qeydiyyat mərhələsində baş verib. Belə ki, reyestrə təqdim edilən klinik diaqnoz Z02.1 kodu əvəzinə F02.1 kimi qeyd olunub. Müvafiq şöbəyə və qeydiyyatçılara xəbərdarlıq edilib, gələcəkdə bu kimi halların təkrarlanmaması üçün əlavə nəzarət tədbirləri görülüb.

Bildiririk ki, vətəndaşın real klinik vəziyyəti ilə qeyd olunan diaqnoz arasında heç bir tibbi uyğunluq mövcud deyil və bu, sırf texniki səbəbdən baş vermiş qeyri-dəqiqlikdir. 18.10.2025-ci il tarixində sistemdə (“e-Tabib” mobil tətbiqində) bu məlumatın düzəlişi üzrə müvafiq addımlar atılıb və my.gov.az platforması ilə sinxron yenilənmə işləri aparılır. Yaxın günlərdə dəyişikliyin vətəndaşın my.gov.az platforması üzrə şəxsi kabinetində də əks olunması təmin ediləcək”, – deyə məlumatda bildirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 17 Noyabr 2025 17:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see282

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see216

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see205

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see190

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see181

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see167

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see159

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see158

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see157

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see155

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see150

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see147

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see147

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see147

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see144

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see143

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see139

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri