Icma.az
close
up
RU
TƏBİBdə ABŞ və Almaniyada yaşayan həkimmütəxəssislərlə görüş keçirilib

TƏBİBdə ABŞ və Almaniyada yaşayan həkimmütəxəssislərlə görüş keçirilib

Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov Azərbaycan-Amerika Tibb Assosiasiyasının təsisçisi Rauf Şahbazov və Almaniya Azərbaycanlıları Alyansının rəhbəri, Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri Nuran Abdullayev ilə görüşüb.

TƏBİB-in mətbuat xidmətindən bildiriblər ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində ölkəmizdə səfərdə olan azərbaycanlı həkim-mütəxəssislərlə keçirilən görüşdə TƏBİB-in İcraçı direktorunun müavinləri Araz Nəsirov və Anar İsrafilov iştirak ediblər.

Gələcəkdə azərbaycanlı həkimlər üçün Amerika və Almaniya səhiyyə təcrübəsinin öyrənilməsi, cərrahiyyədə yeniliklər, robotik cərrahiyyənin imkanları, radioloji, neyroradioloji, o cümlədən transplantologiya sahələri üzrə müasir yanaşmaların ölkəmizdə tətbiq edilməsi istiqaməti üzrə müzakirələrin aparılması məqsədilə keçirilən görüşdə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov son dövrlər Azərbaycanda səhiyyənin inkişaf etdirilməsi sahəsində görülən işlər barədə məlumat verib: “Siz xaricdə bizi layiqincə təmsil etdiyiniz kimi, biz də burada çalışırıq ki, ölkə daxilində tibb işçilərimizə doğru istiqamət verək. Əlbəttə, sizin əldə etdiyiniz uğurlar ölkəmiz, səhiyyəmiz üçün böyük şərəfdir. Çalışdığınız hər iki tibbi sahənin Azərbaycanda da inkişaf etdirilməsi istiqamətində son illər bir sıra irəliləyişlərə nail olunub, yeniliklərimiz var. Amma çox istərdik ki, qazandığınız təcrübələri bizimlə də bölüşəsiniz”.

Azərbaycan-Amerika Tibb Assosiasiyasının təsisçisi, Nyu-York ştatında yerləşən Albany Tibb Mərkəzinin Transplantologiya cərrahiyyəsi şöbəsinin rəhbəri, transplantoloq Rauf Şahbazov bildirib ki, son illər Azərbaycan səhiyyəsində baş verən yeniliklər xaricdə yaşayan və orada çalışan hər bir həkimi sevindirir: “Etiraf etmək lazımdır ki, son illər həqiqətən də Azərbaycan səhiyyəsində müsbətə doğru kifayət qədər dəyişikliklər baş verib və bütün bunlar xaricdə yaşayan azərbaycanlı həkimlərin də diqqətini cəlb edir. Uzun illərdir Amerikada transplantologiya sahəsində çalışıram və bizim alyans ABŞ-də 2016-cı ildən fəaliyyət göstərir. Alyans adından bildirmək istərdim ki, qazandığımız təcrübəni Vətənimizlə bölüşməyə hazırıq”.

Almaniya Azərbaycanlıları Alyansının rəhbəri, Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri Nuran Abdullayev Almaniyada uzun illərdir yaşayan, orada çalışan həkimlərin son illər Azərbaycandakı yeniliklərlə maraqlandıqlarını və Avropa təcrübəsinin bölüşülməsi üçün ölkəmizdə nəzərdə tutulan bütün yeniliklərə dəstək verməyə hazır olduqlarını bildirib: “Bizim ilk görüşümüz ötən il Bakıda keçirilən Dünyadakı Azərbaycanlı Həkimlərin I Simpoziumunda (DATS) olmuşdu. Həmin səfərdə gördüm ki, TƏBİB tərəfindən çox böyük işlər görülüb. Düşünürəm ki, xarici ölkələrdə təhsil alan və orada çalışan həkimlərimiz buradakı inkişafı görürlər. Hazırda Almaniyanın Reyn-Zig bölgəsində xəstəxana direktoru kimi fəaliyyət göstərirəm və bu gün deyə bilərəm ki, Avropada, xüsusilə Almaniyada akademik səviyyədə çox ciddi uğurlar əldə edən həkimlər, mütəxəssislər var. Sizi əmin edirəm ki, onların arasında Azərbaycana qayıdaraq Vətən üçün xidmət etmək istəyən kifayət qədər həkim var”.

Qarşılıqlı fikir mübadiləsi zamanı bildirilib ki, gələcəkdə azərbaycanlı həkimlər üçün Almaniyada və Amerikada təcrübə-mübadilə proqramlarının təşkili və müxtəlif ixtisaslar üzrə müasir standartların Azərbaycanda tətbiqinə dair birgə addımlar atılsın, ölkəmizdə səhiyyənin inkişafı istiqamətində yeniliklərə nail olunsun. Gələcəkdə bu cür əməkdaşlıqların Azərbaycanın səhiyyə sisteminin daha da inkişafına və müasir tələblərə uyğunlaşdırılmasına töhfə verəcəyi vurğulanıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:198
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 18 Noyabr 2024 18:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see340

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see331

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see326

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see299

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see291

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see246

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see244

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see243

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see230

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see226

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see223

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see220

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see214

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see210

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see200

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see199

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see198

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see197

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see186

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri