Təbiəti qoruyaq, gələcəyimizi yaşıllaşdıraq!
Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Respublikamızın cənub qapısı Astarada “Şəhərsalma və Memarlıq İli” çərçivəsində "5 İyun -Ümumdünya Ətraf Mühit Günü" münasibətilə yaşıllaşdırma aksiyası təşkil olunub.
YAP Astara Rayon təşkilatının və Astara Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Astara Pedaqoji Kollecinin və Astara Gənclər Evinin təşkilatçılığı sayəsində keçirilən yaşıllaşdırma və ağacəkmə aksiyasında ətraf mühitin mühafizəsinə dəstək məqsədilə yaşıllıq sahələrinin genişləndirilməsi istiqamətində işlər görülüb. Tədbir iştirakçıları təbiətin qorunmasının hər bir vətəndaşın məsuliyyəti olduğunu vurğulayaraq ekoloji tarazlığın qorunmasına öz töhfələrini veriblər.
O da bildirilib ki, bu cür təşəbbüslər gənclərdə ekoloji məsuliyyət hissinin formalaşdırılmasına, təbiətə qayğı mədəniyyətinin təşviqinə, eləcə yaşıl gələcəyin qurulmasına hesablanıb.
YAP rayon təşkilatının əməkdaşlarınin, Rayon İcra Hakimiyyətinin əməkdaşlarının, Astara Pedaqoji Kollecin kollektivinin və Gənclər Evinin əməkdaşlarınin böyük həvəslə qatıldığı aksiyanın sonunda belə bir müraciət olub: “Sən də ətraf mühitin qorunmasına yönəlmiş layihələrdə və ictimai təşəbbüslərdə iştirak edərək yaşıl gələcəyin bir parçası ola bilərsən. Təbiəti qoruyaq, gələcəyimizi yaşıllaşdıraq!”
.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Baxış sayı:128
Bu xəbər 05 İyun 2026 16:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















