Icma.az
close
up
RU
“Təbiətin möcüzəsi Kəlbəcər azaddır” FOTOLAR

“Təbiətin möcüzəsi Kəlbəcər azaddır” FOTOLAR

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Yeni Azərbaycan Partiyası Kəlbəcər Rayon Təşkilatının, Gəncə şəhər Heydər Əliyev Mərkəzinin və Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 16 nömrəli kitabxana filialının təşkilatçılığı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq 25 Noyabr – Kəlbəcər şəhəri gününə həsr olunmuş “Təbiətin möcüzəsi – Kəlbəcər azaddır” adlı tədbir keçirilib.

Modern.az xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev Mərkəzinin önündə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüblər.Ulu Öndər Heydər Əliyevin, eləcə də Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə Yeni Azərbaycan Partiyası Kəlbəcər Rayon Təşkilatının sədri Həbib Misirov, Heydər Əliyev Mərkəzinin direktoru İlknur İsgəndərova, mərkəzin əməkdaşları, şəhid valideynləri, qazilər, idarə və müəssisə rəhbərləri, ictimaiyyət nümayəndələri və YAP fəalları iştirak ediblər.

YAP Kəlbəcər Rayon Təşkilatının sədri Həbib Misirov, Şəhid Ömər Şirinovun atası Muğan Şirinov, Şəhid Şəhriyar Mehdiyevin atası Mübəriz Mehdiyev, 44 günlük Vətən müharibəsinin qazisi Elvin Hüseynov, Şərqi Zəngəzur DSMF-nin müdiri Amil Salmanov, Kəlbəcər Suvarma Sistemləri İdarəsinin rəisi Azər Xankişiyev, Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsi Kəlbəcər sektorunun baş məsləhətçisi Hikmət Şahmuradov, Kəlbəcər rayon 8 nömrəli tam orta məktəbin direktoru Rəna Nadirova və digərlərii çıxış edərək  vurğulayıblar ki, bu gün Azərbaycanın ən gözəl, zəngin təbiəti, tarixi abidələri və qədim mədəniyyəti ilə seçilən Kəlbəcər Şəhəri Günü xüsusi qürurla qeyd olunur.

Qeyd edilib ki, Kəlbəcər təkcə təbiət incisi deyil, həm də xalqımızın mənəvi yaddaşını, mədəni irsini yaşadan nadir məkanlardandır. Uzun illər işğal altında qalan Kəlbəcərin 25 noyabr 2020-ci ildə azad edilməsi xalqımızın yenilməz iradəsinin, Azərbaycan Ordusunun qəhrəmanlığının və Ali Baş Komandanın qətiyyətli hərbi-diplomatik siyasətinin parlaq nəticəsi idi. Bu Qələbə həm də ədalətin bərpası və milli ləyaqətin təntənəsi kimi tarixə düşdü.

Bu gün Kəlbəcərdə genişmiqyaslı bərpa-quruculuq işləri sürətlə davam etdirilir: yol, enerji, su və rabitə infrastrukturu yenilənir, Baş Plana uyğun şəkildə yaşayış məhəllələri, məktəblər və sosial obyektlər inşa olunur. Rayonun təbii və iqtisadi potensialı nəzərə alınaraq turizm, kənd təsərrüfatı və “yaşıl enerji” sahələrində yeni layihələr həyata keçirilir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın 21 avqust 2025-ci ildə Kəlbəcərə səfəri bölgənin sürətli dirçəlişinin növbəti mərhələsini xarakterizə edən mühüm hadisə kimi qiymətləndirilib. Səfər çərçivəsində sakinlərlə görüş, yeni mənzillərin təqdim edilməsi və Kəlbəcərin tam bərpasının dövlət siyasətinin prioritetlərindən biri olduğu xüsusi vurğulanıb.Çıxışlarda bildirilib ki, bu il Kəlbəcərin özündə qeyd olunan 25 Noyabr – Kəlbəcər Şəhər Günü azadlığın, dirçəlişin və Böyük Qayıdışın rəmzinə çevrilib. Şəhər Günü münasibətilə keçirilən tədbirlər Kəlbəcərin inkişafının, strateji əhəmiyyətinin və bölgənin yenidən canlanmasının aydın göstəricisi kimi dəyərləndirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://modern.az
archiveBu xəbər 26 Noyabr 2025 12:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see323

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see314

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see304

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see288

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see284

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see263

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see256

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see246

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see244

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see224

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see223

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see223

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see222

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see221

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see212

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see209

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see208

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see193

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see176

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri