Icma.az
close
up
RU
Təbii ağrıkəsici vasitələr axtarırsınızsa, bu SİYAHI sizin üçündür!

Təbii ağrıkəsici vasitələr axtarırsınızsa, bu SİYAHI sizin üçündür!

Saglamolun portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Hər bir insan həyatda ağrı ilə üzləşir - baş ağrısı, diş ağrısı, qarın ağrısı, oynaqlar və əzələlərdə ağrılar və s.

Ağrı hiss etdikdə insanların əksəriyyəti ağrısızlaşdıran həblərə müraciət edir. Lakin belə həblərin qəbulu (xüsusilə insan bunu tez-tez etdikdə) heç də ziyansız deyil. Ağrısızlaşdıran dərmanlar mədə-bağırsaq sisteminin selikli qişasını qıcıqlandırır, alışqanlıq yaradır, müxtəlif yanaşı təsirlər verir və s. Sübut olunub ki, uzun müddət ərzində istifadə olunan ağrısızlaşdıran preparatlar leykopeniya kimi ağır qan xəstəliyinin  inkişafına təkan verə bilər.

Ən çox "sevdiyimiz" ağrısızlaşdıran dərman "analqin" Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən istifadə üçün qəti surətdə tövsiyə edilmir. ABŞ və bir çox Avropa ölkələrində bu preparat artıq uzun illərdir ki istifadə olunmur.

Təbiət bizə çoxlu sayda təbii ağrısızlaşdıran vasitələri bəhş edib ki, bu vasitələrin istifadəsi həm lazım olan effekt verir, həm də ziyansızdır.

- Nanə. Bu bitki çox güclü spazmolitik təsirinə malikdir. Spazm nəticəsində yaranan baş ağrıları, qadınlarda menstruasiya qabağı və menstruasiya zamanı ağrılar, bağırsaq sancıları və s. ağrılar zamanı nanə dəmləməsi çox yaxşı ağrısızlaşdıran effekt verir. 1 xörək qaşığı quru nanə 1 stəkan qaynar suda dəmlənilir və gün ərzində kiçik qurtumlarla içilir.

- Mixək diş ağrısını azaldır. Bunun üçün diş oyuğunun içərisinə 1 dənə mixək qoymaq lazımdır.

- Sarımsaq da diş ağrısı zamanı yaxşı kömək edir. 1 tikə sarımsaq dişin üzərinə qoyun və bir qədər gözləyin, ağrı azalacaq. Bundan əlavə sarımsaq baş ağrısı zamanı da kömək edə bilər. Sarımsağı nazik kəsin, gicganlara qoyun və başınızı pambıq şərflə bağlayın.

- Zəncəfil, darçın, sarıkök güclü spazmolitik və ağrısızlaşdıran təsirinə malikdir. 1 stəkan suda 1/2 çay qaşığı zəncəfil tozu (və ya darçın, və ya sarıkök) dəmləyin və kiçik qurtumlarla için.

- Çay və qəhvə. Baş ağrısı zamanı istifadə olunan dərmanların bir hissəsinə "kofein" maddəsi daxildir. Bu maddə çayda və xüsusilə də qəhvədə var. 1 fıncan qəhvə və ya tünd çay baş ağrısının azalmasına kömək edə bilər.

- Albalı bağırsaq sancıları və menstrual ağrıları zamanı kömək edir.

- Süd xora xəstəliyi tutması zamanı tez və effektli şəkildə kömək edir. 1 stəkan ilıq süd için və az bir vaxt keçdikdən sonra ağrının azalmasını hiss edəcəksiniz.

- Çaytikanı yağı yanıqlar zamanı yaxşı kömək edir - ağrıları azaldır, yanıqların sağalmasını sürətləndirir.

- Evkalipt, kamfara, nanə yağları lümbaqo, nevralgiya, revmatizm ağrıları zamanı ağrısızlaşdıran təsir edir. Bu yağları ilə kompres etmək lazımdır.

- Xardal baş ağrıları zamanı çox yaxşı kömək edir. Bir tikə çörək götürün, ona nazik layla xardal çəkin və yeyin.

Xardal həmçinin əzələ ağrıları zamanı da yaxşı kömək edir. Xardalın bu xüsusiyyəti xardal kağızların istifadəsinin əsasında durur. Evdə xardal kağızları yoxdursa, pambıq parça götürün, üzərinə xardal çəkin və ağrıyan nahiyəyə qoyun.

- Çobanyastığı çox yaxşı ağrısızlaşdıran otdur. Bu otun dəmləməsi baş ağrıları, bağırsaq sancıları zamanı kömək edir. Babasil tutması zamanı çobanyastığı dəmləməsi ilə olan oturaq vannaları etmək olar.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 07:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri