Təbii inhisar subyektlərinin nümayəndələri ilə maarifləndirici görüş keçirilib
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 7 avqust, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində Rəqabət Məcəlləsində nəzərdə tutulan tələblərə dair təbii inhisar subyektlərinin nümayəndələri ilə maarifləndirici görüş keçirilib.
Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə neft və neft məhsulları, təbii qaz, elektrik və istilik enerjisi, su təchizatı, nəqliyyat (magistral və ümumi əhəmiyyətli avtomobil yolları, dəmir yolu, aeroport, metro), telekommunikasiya sahələrində fəaliyyət göstərən təbii inhisar subyektlərinin nümayəndələri iştirak ediblər.
Görüş zamanı agentliyin Təbii inhisarlara dövlət nəzarəti şöbəsinin müdiri Şəmsi Rzalı “Təbii inhisar subyektlərinin razılıq hərəkətləri üzərində nəzarətin həyata keçirilməsi qaydaları” mövzusunda təqdimatla çıxış edib. İştirakçılara təbii inhisar sahəsində rəqabət siyasətinin prinsipləri, rəqabət orqanı tərəfindən təbii inhisar subyektlərinin fəaliyyətinə dövlət nəzarəti və bu sahədə tətbiq edilən tənzimləmə üsulları barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, təbii inhisar subyektləri Məcəllənin müvafiq maddələrində qeyd edilən hərəkətlərin edilməsinə razılıq almaq üçün rəqabət orqanına müraciət etməlidirlər. Razılıq hərəkətləri ilə bağlı müraciətlərə baxılması prosesi də iştirakçıların diqqətinə çatdırılıb.
Sonda təbii inhisar fəaliyyətinin səmərəli təşkili məqsədilə qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 07 Avqust 2025 15:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















