Icma.az
close
up
RU
“Təbii otda birdənbirə 120 dəqiqə oynamaq ağır oldu” Qəzənfər Abbasov

“Təbii otda birdənbirə 120 dəqiqə oynamaq ağır oldu” Qəzənfər Abbasov

Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ölkə kubokunun 1/8 final mərhələsi arxada qaldı. MOİK “Sumqayıt”a 1:3 uduzmaqla turnirdə mübarizəni dayandırdı.

120 dəqiqə davam edən matçda “kimyaçılar” əlavə 30 dəqiqədə iki qol vurdular. Oyundan sonra “Sumqayıt”ın baş məşqçisi Vaqif Cavadov komandasının 120 dəqiqə ərzində üstün tərəf olduğunu dedi. Xatırladaq ki, “hərbçilər” ötən mövsüm eyni mərhələdə - Xankəndi stadionunda keçirilən oyunda “Qarabağ”a uduzmuşdu. Doğrudanmı, ordu klubu Sumqayıt təmsilçisindən zəif çıxış edib?
1-ci liqa təmsilçisinin baş məşqçisi Qəzənfər Abbasov “Football-plus.az”a açıqlama verdi:

“90 dəqiqə 1:1 hesabıyla bitdi. Elita ilə birinci liqa arasındakı fərqə baxanda “Sumqayıt”la 90 dəqiqə heç-heçə oynamağımız, əlavə vaxta getməyimiz pis nəticə deyil. Ona görə də deməzdim ki, pis nəticə göstərdik. Ôtən il eyni mərhələdə "Qarabağ"a 0:1 məğlub olduq. Amma bu il də pis deyildik. Həmin nəticə ilə bərabər bu da bir uğurdu. Biz elita klubu ilə 90 dəqiqə bərabər səviyyədə futbol oynamışıq. Vaqif müəllim “üstün oynadıq” deyib, haqlıdı, belə də olmalıydı. Çünki premyer-liqa komandasıdı və birinci liqa ilə səviyyə fərqi hiss olunur. Düzdü, üstün oynadılar. Oyun başlayandan sonra qədər, demək olar ki, üstünlük onlarda idi. Sadəcə, biz də boş dayanmadıq. Qol vəziyyətləri yaratdıq, hücumlar elədik. Mən komandamdam narazı qalmadım. Oyundan sonra da təbrik etdim. Hər şey də yaxşı oldu. Fikirləşdiyimiz kimi mübarizə apardıq. Sadəcə, əlavə 30 dəqiqədə güc lazım idi. Bir qədər də təcrübə. 90-cı dəqiqədən sonra futbolçularım get-gedə zəifləməyə başladı. Səbrsiz davranıb səhvlər etməyə başladılar. Yəni mən də onları qınamıram. Çünki futbolçularım premyer-liqa komandasına qarşı 90 dəqiqə döyüşdülər. Burda meydança amili də var. Yəni biz ot meydançada oynamırıq, süni meydançada məşq edirik. Təbii otda birdən-birə 120 dəqiqə oynamaq ağır oldu”.


RÖYANƏ OĞUZ
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 05 Dekabr 2024 18:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see357

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see236

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see232

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see231

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see224

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see223

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see221

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see218

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see217

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see213

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see207

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see206

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see205

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see200

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see200

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see200

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see199

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see199

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see199

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri