Icma.az
close
up
RU
Təbii sərvətlərdən səmərəli istifadə: ekoloji siyasətdə prioritet

Təbii sərvətlərdən səmərəli istifadə: ekoloji siyasətdə prioritet

Icma.az, 525.az saytına istinadən bildirir.

Ölkədə təbiətin, flora və faunanın qorunması, ətraf mühitin, təbii ehtiyatların, onların mühafizəsi, bərpası davamlı inkişaf konsepsiyasının tərkib hissəsinə çevrilib.

Ekoloji təhlükəsizliyin təmin olunması üçün ətraf mühitin çirklənməsinin minimuma endirilməsi və mühafizəsinin təkmilləşdirilməsi, indiki və gələcək nəsillərin tələbatını ödəmək məqsədilə təbii sərvətlərdən səmərəli istifadə Azərbaycan dövlətinin ekoloji siyasətinin əsas istiqamətlərindəndir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi də ekoloji problemlərin həllinə yönəldilmiş tədbirlərin səmərəliliyini artırmaq, operativ həll olunmasını təmin etmək, o cümlədən, ətraf mühitin sağlamlaşdırılması məqsədilə ardıcıl işlər həyata keçirir.

Nazirlikdən verilən məlumata görə, uzun illər ərzində yaranan ekoloji problemlər təhlil edilərək, onların kompleks həllinə yönəldilən və davamlı inkişaf prinsiplərinə əsaslanan milli və dövlət proqramları təsdiq edilib, onların icrası istiqamətində tədbirlər görülüb. Ölkədə mövcud qoruq və yasaqlıqların ərazisi genişləndirilib, milli parklar yaradılıb, ətraf mühitin qorunmasının gücləndirilməsi istiqamətində tədbirlər həyata keçirilib. Bu proqramların əsas məqsədi ətraf mühitin mühafizəsinə yönəldilən dövlət əhəmiyyətli investisiya layihələrinin sistemli və səmərəli şəkildə həyata keçirilməsini təmin etməkdən ibarət olub.

Digər tərəfdən, təbii ehtiyatların istismar intensivliyi nəzərə alınaraq Xəzər hövzəsinin Azərbaycan üzrə ekoloji təhlükəsizliyinin təmin edilməsi sahəsində ardıcıl tədbirlərin həyata keçirilməsi, aparılan işlərin tam ekoloji nəzarətdə saxlanılması, eyni zamanda, ekoloji ekspertiza tələblərinin mövcud dünya standartlarına uyğun qurulması problemlərin azalmasına və bu sahədə əsaslı dönüşün yaranmasına gətirib çıxarıb. Ölkənin iqtisadi inkişaf tempinə uyğun olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi çevik idarə olunan ekoloji siyasətin həyata keçirilməsi istiqamətində ətraf mühitin hər hansı komponentinin bərpa olunmayan dərəcədə pozulmasına səbəb ola biləcək fəaliyyətin qarşısının alınması, aztullantılı texnologiyaların tətbiq edilməsi, beynəlxalq təşkilatlar və inkişaf etmiş ölkələrlə ətraf mühitin mühafizəsi sahəsində əlaqələrin genişləndirilməsi, əhali arasında ekoloji təbliğatın və maarifləndirmənin gücləndirilməsi prinsiplərini tətbiq edir.

Sözsüz ki, Azərbaycanda yürüdülən ekoloji siyasətin əsas məqsədi indiki və gələcək nəsillərin ehtiyaclarının təmin edilməsi naminə mövcud ekoloji sistemlərin, iqtisadi potensialın qorunması və təbii ehtiyatlardan səmərəli istifadə edilməsi ilə davamlı inkişafın təmin edilməsindən ibarətdir. İnkişafın ekoloji baxımdan davamlı olmasını təmin etmək üçünsə iqtisadi fəaliyyət zamanı meydana çıxan ciddi ekoloji problemləri aradan qaldırmaq, onların ətraf mühitə mənfi təsirinin minimuma endirilməsi tələb olunur. Azərbaycanda ekoloji siyasətin əsas istiqamətləri üzrə qarşıya qoyulan məqsədə çatmaq üçün vəzifələrə gəlincə, buraya ətraf mühitin keyfiyyətinin yaxşılaşdırılması üçün iqtisadi və insan potensialının idarə edilməsinin müasir üsullarından istifadə edilməsi, indiki və gələcək nəsillərin rifahının yaxşılaşdırılmasını təmin edən, stimullaşdıran iqtisadi modellərin, texnologiyaların yaradılması və istifadəsi, eyni və müxtəlif nəsillərin nümayəndələri arasında təminatın ədalətlilik prinsipləri əsasında həyata keçirilməsi, insanın həyat fəaliyyətini təmin edə biləcək ekosistemlərin və biomüxtəlifliyin təbii mühitinin olduğu kimi qorunub saxlanılması daxildir.

Ekoloji siyasətin prinsiplərinə gəlincə, qısa müddətli və uzunmüddətli iqtisadi, ekoloji və sosial nəticələr, ehtimal edilən fəsadlar nəzərə alınmaqla  qərarların qəbul edilmə prosesinin həyata keçirilməsi və bu prosesdə alternativ variantların nəzərə alınmasıdır. Həmçinin, ətraf mühitin mühafizəsi sahəsində qərarlar hazırlanarkən ictimai və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin cəlb edilməsinin genişləndirilməsi, ətraf mühitin hər hansı komponentinin bərpa olunmayan dərəcədə pozulmasına səbəb ola biləcək fəaliyyətin qarşısının alınması, ətraf mühitin mühafizəsinin təmin edilməsi üçün aztullantılı, güclü, çoxşaxəli iqtisadi inkişafın təmin edilməsi, beynəlxalq təşkilatlar və inkişaf etmiş ölkələrlə ətraf mühitin mühafizəsi sahəsində əlaqələrin genişləndirilməsi, əhali arasında ekoloji təbliğatın, maarifləndirmənin gücləndirilməsidir.

Aparılan tədqiqatlar onu göstərir ki, hazırda ölkədə əsas ekoloji problemlər su ehtiyatlarının çirklənməsi, yəni Xəzər dənizinin sənaye və məişət tullantı suları ilə çirkləndirilməsi, su obyektlərinin, o cümlədən, transsərhəd çayların çirkləndirilməsi, tullantı sularının idarə olunması, yəni təmizləyici qurğularının gücünün formalaşan tullantı sularından az olması, tullantı sularının təmizlənmədən su hövzələrinə axıdılması daxildir. Bundan başqa, atmosfer havasının çirklənməsi, stasionar mənbələrdən çirklənmələr, səyyar mənbələrdən çirklənmələr, torpaqların deqradasiyaya uğraması, yəni erroziya və şoranlaşma prosesləri, torpaqların tullantılarla çirkləndirilməsi, torpaq örtüyünün həddindən artıq otarılması da əsas ekoloji problemlərdən sayılır. Eyni zamanda, bərk məişət və sənaye, həmçinin, təhlükəli tullantıların tələb olunan səviyyədə utilizasiya olunmaması, tullantıların tam səviyyədə idarə edilməməsi, qeyri-qanuni poliqonların mövcudluğu, biomüxtəlifliyin, o cümlədən, flora, fauna və xüsusi ilə balıq ehtiyatlarının seyrəkləşməsi, iqlim dəyişikliklərinin təsiri nəticəsində biomüxtəlifliyin azalması əsas ekoloji problemlərdəndir. Eyni zamanda, yaşayış məskənlərinin genişlənməsi ilə bağlı antropogen təsirlər, meşə və yaşıllıq sahələrinin miqyasının azlığı, meşə ərazilərinin miqyasının qəbul edilmiş normadan azlığı, yaşayış məntəqələri ərazisində yaşıllıqların tələb olunan səviyyədən aşağı olması, hərbi konfliktlər nəticəsində ətraf mühitə dəyən zərərlər və sair ekoloji problemlər arasındadır.

Ölkə müstəqillik əldə etdikdən və bazar iqtisadiyyatı yolunu seçdikdən sonra, Azərbaycanda ətraf mühitin mühafizəsi sahəsində ekoloji siyasət yeni vüsət alıb və formalaşmağa başlayıb. Mütəxəssislərin fikrincə, bu, həm də ekoloji məsələlərin ümumbəşəri bir problem kimi qəbul edilməsi ilə də izah edilir. Respublikamızda bu dövrdə ekoloji siyasətə dair ilk sənəd kimi "Dayanıqlı inkişaf" prinsiplərinə əsaslanan "Azərbaycan Respublikasının ekoloji Konsepsiyası"nı qeyd etmək olar. Konsepsiyada ölkə üçün ətraf mühitin mühafizəsi baxımından üstün əhəmiyyətli olan problemlərin həlli üzrə əsas prinsiplər öz əksini tapıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova deyir ki, Azərbaycanda ətraf mühitin qorunması dövlət siyasətinin prioritetlərindən biridir. Prezident İlham Əliyev bu məsələni xüsusi diqqət mərkəzində saxlayır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ekologiyanin qorunması, ətraf mühitin mühafizəsi istiqamətində daim tədbirlər planı həyata keçirir. Birgə səylərin göstərilməsi, ictimai dəstək qarşıya qoyulan məqsədlərin uğurla reallaşmasına böyük stimul verir.

Nazirlik rəsminin dediyinə görə, ölkədə yaşıllıq sahələrinin artırılması baxımından davamlı işlər görülür: "Ölkədə fəaliyyət göstərən Milli parkların ərazilərinin daha da yaşıllaşdırılması və təkmilləşdirilməsi istiqamətində işlər bundan sonra da davam etdiriləcək. Bəzən yaşıllıqların məhv edilməsi ilə bağlı faktlar görürük. Bu sahədə inzibati metodlarla iş görmək çətindir. Cəmiyyətlə birgə qabaqlayıcı tədbirlərin görülməsi daha effektli olur. Çünki ictimai qınaqla daha tez nəticə əldə etmək olur".

İ.İbrahimova bildirib ki, azmeşəli ölkə kimi Azərbaycanda meşələrin artırılması və mühafizəsi prioritet istiqamətlərimizdən biridir. Ölkə ərazisinin 95 faizinin qazla təmin olunması hesabına meşələrə neqativ təsirlərin miqyası əhəmiyyətli dərəcədə azalıb. Meşələrin mühafizəsini və yanğından təhlükəsizliyini təmin etmək məqsədilə Zaqatala, Şəki, Qax, Oğuz və Qəbələ rayonlarında müşahidə kameraları quraşdırılıb və bu istiqamətdə işlər davam edir. Meşələrin dayanıqlı inkişafını təmin etmək məqsədilə kənar təsirlərə daha çox məruz qalan yerlərdə yüngül konstruksiyalı çəpərləmə işləri aparılır.

Onun sözlərinə əsasən, ətraf mühitə təsiri olan faktorlardan biri də atmosfer havasının oksigenlə zənginlik səviyyəsidir: "Təbii ki, həyatımızı oksigenlə zənginləşdirən əsas mənbə də yaşıllıq zonaları və meşə sahələridir. Bu gün yaşıllaşdırma kütləvi və davamlı prosesə, vətəndaş vərdişinə çevrilib. Son illərdə Abşeronda və ümumən ölkədə milyonlarla ağac əkilib və bu işlər bu gün də davam etdirilir. Havanın təmizlənməsi ilə bərabər, flora və fauna elementlərində də pozitiv tendensiya müşahidə olunur. Azərbaycan təbiətində də bu dəyişikliklər aydın görünür. Nazirlik üzərinə düşən məsuliyyəti hiss edərək bundan sonra da zəruri tədbirləri görəcək".

İ.İbrahimova qeyd edib ki, atmosfer havasının çirkləndirilməsinin qarşısının alınması ilə bağlı mütəmadi olaraq tədbirlər görülür. Belə ki, atmosfer havasına atılan tullantıların zərərsizləşdirilməsi məqsədilə ölkənin iri şəhərlərində 500-ə yaxın iri ictimai-iaşə obyektində təmizləyici qurğular quraşdırılıb.

Sevinc QARAYEVA

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://525.az
archiveBu xəbər 07 Mart 2025 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see190

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see184

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see150

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see147

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see129

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri