Təbriz, Ərdəbil və Zəncana əlavə təhlükəsizlik qüvvələri yeridildi
Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İranda davam edən kütləvi etiraz aksiyaları fonunda Güney Azərbaycanın Təbriz, Ərdəbil və Zəncan şəhərlərinə əlavə təhlükəsizlik və hərbi qüvvələr yeridilib.
Bakıvaxtı.az "İran İnternational"a istinadən xəbər verir ki, bu barədə məlumatı İranda Azərbaycanlı Siyasi Məhbusların Müdafiəsi Assosiasiyası yayıb.
Məlumatda bildirilib ki, İslam Respublikasının təhlükəsizlik və hərbi qüvvələrinin müşahidə edildiyi bu şəhərlərdə kəşfiyyat idarəsinin bölgədəki bölmələri siyasi və ictimai fəallara telefonla zəng edərək onları etiraz aksiyalarına qoşulmamağa çağırırlar. Təhlükəsizlik orqanlarının nümayəndələri Güney Azərbaycanın ictimai-siyasi və mədəni fəallarını təhdid edərək onların etiraz aksiyalarında iştirakını əngəlləməyə çalışırlar.
Qeyd edək ki, ötən gün Güney Azərbaycan türklərinin hüquqlarının qorunmasını tələb edən fəal Yürüş Mehralıbəyli də həbs edilib. İnformasiyaya görə, o, instaqram səhifəsində İrandakı iqtisadi, sosial və mədəni vəziyyətə dair video paylaşandan sonra saxlanılıb. Mehralıbəyli yaydığı videoda etiraz aksiyalarını dəstəklədiyini bildirib.
Xatırladaq ki, Təbrizdəki İslam İnqilab Məhkəməsinin ikinci bölməsi bir həftə öncə Mehrəlibəylinin 10 il müddətinə azadlıqdan məhrum edilməsinə dair hökm çıxarıb. O, "demokratik qrup yaratmaqda, həmçinin təşkilatlanma və hakimiyyətə qarşı çıxışlara" görə ittiham olunub. Bu iş çərçivəsində daha 12 təqsirləndirilən şəxsin hər biri altı il dörd ay müddətinə azadlıqdan məhrum edilib.
Mehrəlibəyli əvvəllər İslam Respublikasının həbsxanalarında doqquz il həbs cəzası çəkib./Report
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:31
Bu xəbər 07 Yanvar 2026 11:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















