Təbriz küçəsində piyadalar və mikromobillik istifadəçiləri üçün yeni layihə icra olunacaq
Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.
Azərbaycanda səkilərə və piyada yollarına dair ümumi tələbləri əks etdirən dövlət standartı təsdiq edilib.
“APA-Economics” xəbər verir ki, bunu Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın ötən il üzrə icrasına həsr olunan dəyirmi masada çıxışı zamanı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) idarə heyətinin sədri Anar Rzayev deyib.
O qeyd edib ki, Bakının piyadalar üçün rahat və təhlükəsiz şəhərə çevrilməsi istiqamətində bir çox işlər görülür:
“Küçələr piyadalaşdırılır, yeni piyada zonaları yaradılır və ya genişləndirilir. Artıq Xaqani bağının ətrafına, İçərişəhərə və Əziz Əliyev küçəsinə avtomobillərin girişi məhdudlaşdırılıb. Bu ərazidə piyada və mikromobillik zonaları yaradılıb. Şəhərin bəzi mərkəzi küçələrinə isə (Z.Əliyeva, T.Əliyərbəyov, H.Z.Tağıyev, Y.Məmmədəliyev, Ə.Əlizadə küçələri) həftəsonları və bayram günləri avtomobillərin girişinə məhdudiyyətlər tətbiq edilib. Bu küçələrin piyadaların istifadəsinə verilməsi təmin edilib. Həmçinin metronun “28 May” stansiyasının qarşısındakı ərazidə piyada infrastrukturu üçün imkanlar yaxşılaşdırılıb”.
A.Rzayev bildirib ki, Bakı şəhərində piyada zonalarının (dəhlizlərinin) yaradılması işləri çərçivəsində hazırda İslam Səfərli küçəsində abadlıq-quruculuq işləri aparılır:
“Layihə çərçivəsində paytaxtın iki geniş piyada zonası olan Fəvvarələr meydanı və Qış Parkı optimal şəkildə birləşdirilir. İslam Səfərli küçəsi ilə sakinlərin və şəhərimizin qonaqlarının təhlükəsiz gəzintisi təmin ediləcək. Bu il əlavə olaraq Təbriz küçəsində həm piyadalar, həm mikromobillik istifadəçilərinin rahatlığını təmin edən yeni genişmiqyaslı layihə icra olunacaq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 28 Yanvar 2026 10:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















