Icma.az
close
up
RU
Təbriz mediası Ulu Öndər Heydər Əliyev haqqında məqalə dərc edib

Təbriz mediası Ulu Öndər Heydər Əliyev haqqında məqalə dərc edib

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 6 may, AZƏRTAC

Təbrizdə nəşr olunan “Nəsr” qəzeti və “Xəbər Farsi” informasiya agentliyi Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevə həsr olunmuş geniş məqalə dərc edib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Təbrizdəki baş konsulluğunun təşəbbüsü ilə Ulu Öndərin anadan olmasının 102-ci ildönümü ərəfəsində dərc olunan “Zəfərin zirvəsində. Ən yeni Azərbaycan” sərlövhəli məqalədə qeyd edilir: “Müstəqil və müasir Azərbaycanın həyatında baş verən bütün tarixi hadisələr “biz həmişə azərbaycançılıq ideyası ətrafında birləşməliyik” çağırışı ilə başladı. Dəyanətli lider uzaqgörən siyasəti, güclü iradəsi və əzmi ilə xalqın birlik, bütövlük məfkurəsini ucaltdı. Bu nailiyyət keşməkeşli tarix yaşayan bir dövlət, xalq üçün asan deyildi. Amma Ulu Öndər “Ən güclü və ən yeni Azərbaycan”ın Zəfər zirvəsində üç rəngli Bayrağı və dövlət adını imzalar sırasına əbədi həkk etdi”.

Məqalədə qeyd olunub ki, bu gün torpaqlarını Ermənistanın işğalından azad edərək ərazi bütövlüyünü, tam suverenliyini bərpa edən Azərbaycan Ulu Öndərin siyasətini rəhbər tutur. Prezident İlham Əliyevin yürütdüyü müstəqil siyasət qarşıya qoyulan bütün hədəflərin uğurla reallaşmasına yol açır. Dahi şəxsiyyətin dövlətçilik prinsipləri əsasında qurulan müstəqil Azərbaycan özünün sülh, dostluq humanizm siyasəti ilə dünya müstəvisində öz imzası seçilir.

Müəllif Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanda əldə olunan böyük nailiyyətlər barədə ətraflı məlumat verərək yazıb: “Heydər Əliyev xalqın bütövlüyü, həmrəyliyi, milli birliyi naminə bütün gücünü səfərbər etdi. Bu qayıdış həm də gələcək Zəfər yolunun sarsılmaz təməli oldu. Neft strategiyasının ilk addımı olan “Əsrin müqaviləsi” də bu qəbildəndir. Sözü gedən sənədin uğurlu taleyi ölkəmizə marağı artırdı. O, şəxsi nüfuzu, uzaqgörən siyasəti ilə dünyanın iri neft şirkətlərini Azərbaycanla əməkdaşlığa cəlb etdi”.

Yazıda Ulu Öndərin hələ sovet dövründə Azərbaycanda həyata keçirdiyi quruculuq işləri, daha sonra Moskvada Siyasi Büronun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çoxşaxəli fəaliyyəti barədə oxuculara geniş məlumat verilib. Vurğulanıb ki, Azərbaycanın bugünkü uğurları məhz onun canından artıq sevdiyi Vətəni, xalqı üçün göstərdiyi xidmətlərin nəticəsidir.

Daha sonra təbrizli oxuculara Ulu Öndərin kursunun davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən nəhəng transmilli neft-qaz, infrastruktur və nəqliyyat layihələri haqqında məlumat verilib.

Məqalədə qeyd olunub ki, “Şuşasız Qarabağ, Qarabağsız isə Azərbaycan yoxdur!” deyən dahi şəxsiyyətin arzularını Ali Baş Komandan İlham Əliyev özünün siyasi iradəsi və güclü məntiqi ilə yerinə yetirdi. Dövlətimiz dünyaya sülh, sabitlik, qarşılıqlı əməkdaşlıq, dostluq mesajları ilə çağırış etdi. Ölkəmiz regionda sabitlik, dünyada iqtisadi dirçəliş əlaqələri ilə yeni inkişaf konsepsiyasını təqdim etdi. Hazırda Azərbaycan regionda sülh, inkişaf və tərəqqi nümayiş etdirir. Bunu Qarabağda aparılan “Böyük qayıdış” proqramı da təsdiqləyir. Bu gün Qarabağ beynəlxalq görüşlərə, rəsmi və mədəni tədbirlərə, festivallara ev sahibliyi edir. Azərbaycan xalqı azad və qədim torpaqlarında əsrin tarixi anlarını yaşayır. Buna dünya ictimaiyyəti də şahidlik edir.

Yazının sonunda vurğulanıb: “Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyev irsinin öyrənilməsi, araşdırılması, gələcək nəsillərə çatdırılması qalib ölkənin müstəqillik tarixinin gələcəyi baxımından önəmlidir. Dahi şəxsiyyətin xatirəsi, gördüyü işlər, xalqımız qarşısındakı misilsiz xidmətləri böyük bir fədakarlıqdır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:146
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 May 2025 10:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see250

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see227

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see190

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see159

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see158

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see156

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see152

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see139

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see134

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see133

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see133

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see129

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see129

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see128

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see127

Alleqri İtaliya Superkubokunun yarımfinalındakı davranışına görə cərimələnib

21 Dekabr 2025 05:16see125

Leonardo Di Kapriodan Titanik filmi ilə bağlı ETİRAF

21 Dekabr 2025 08:44see125

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri