Təbriz məhəllələrinin tarixi adları bərpa olunmalıdır Bərgi
Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Təbriz şəhərinin kimliyini əks etdirən tarixi yer və məhəllə adları bərpa olunmalıdır.
Moderator.az xəbər verir ki, bunu Təbriz Şəhər Şurasının üzvü Rəsul Bərgi deyib.
“Misal üçün tarixi Dəvəçi məhəlləsi rəsmi sənədlərdə dəyişdirilib “Şəms Təbrizi”, Gümüşqaya isə “Dəmeşqiyyə” yazılsa da, xalq onları elə köhnə tarixi adları ilə adlandırır, ona görə də bu yerlərin qədim və əsil adlarının bərpası vacibdir.
Qədim adların bərpası barədə Urmiya Şəhər Şurasından nümunə götürülməli və tarixi adlar geri qaytarılmalıdır. Urmiya Şəhər Şurasının qərarına görə, sonradan adları dəyişdirilmiş Doşaxana, Dərvişlər, Dəmirçilər, Şır-şıra və başqa bu kimi qədim adlar bərpa olunub. Bu isə şəhərin tarixi kimliyinin bərpası və qorunması deməkdir. Təbrizdə də eyni iş həyata keçirilməli, şəhərin kimliyi qorunmalıdır”, - Bərgi bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 30 İyun 2026 18:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















