Təbriz Rifah Departamentinin işçiləri etiraz mitinqi keçiriblər
Xalqcebhesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Şərqi Azərbaycan Vilayətinin Rifah Departamentinin işçiləri aylıq əmək haqqının aşağı olmasına etiraz olaraq Rifah Departamentinin binası qarşısında etiraz mitinqi keçirib və hakimiyyət orqanlarının və hökumətin diqqətini cəlb etməyə çalışıblar.
Gunaz.tv
26 oktobr 2025-cü il bazar günü səhər Şərqi Azərbaycan Vilayətinin Rifah Departamentinin bir qrup işçisi işini dayandırıb və əmək haqqı ödənişlərində ayrı-seçkiliyə və mövcud inflyasiya ilə müqayisədə aylıq əmək haqqının aşağı olmasına etiraz olaraq eyləm keçiriblər.
Daha əvvəl Şərqi Azərbaycan Vilayətinin səhiyyə şəbəkəsi işçiləri mövcud iş şəraitindən və əmək haqqının artırılmamasına olan narazılıqlarına görə Təbriz Tibb Elmləri Universitetinin qarşısında etiraz mitinqi keçirib və hökumətdən və Səhiyyə Nazirliyindən onların qanuni tələblərini yerinə yetirmələrini tələb edən plakatlar nümayiş etdiriblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 28 Oktyabr 2025 11:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















