Icma.az
close
up
RU
Təbriz yaxınlığında hərəkətlilik: SEPAH elan etdi, əməliyyat başladı

Təbriz yaxınlığında hərəkətlilik: SEPAH elan etdi, əməliyyat başladı

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

Son zamanlar İranın ardıcıl hərbi təlimlər keçirməsi diqqət çəkir. SEPAH-ın Mahşəhrdəki Üçüncü Dəniz Diviziyasının İctimaiyyətlə Əlaqələr Şöbəsi ölkənin cənubunda yeni hərbi təlimlərə başlanılacağını açıqlayıb. Məlumata görə, təlim zamanı hava hücumundan müdafiə sistemlərinin sınaq əməliyyatı da olacaq.

İran mediası daha sonra Təbrizin yaxınlığında Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin iştirakı ilə “Səhənd-Antiterrorizm-2025” adlı birgə təlim keçirildiyini açıqladı. 5 gün davam edəcək təlimin ilk mərhələsi Şəbistər rayonunda başlayıb.

Globalinfo.az-a danışan Orta Doğu Araşdırmalar Mərkəzinin sədri, siyasi şərhçi Sədrəddin Soltan deyib ki, İran regionda İsraillə müxtəlif istiqamətlərdə – dənizdə, quruda, havada müharibəni davam etdirə bilər:

“Çünki tərəflər arasında sülh sazişi, müqaviləsi və ya atəşkəslə bağlı hər hansı bir sənəd imzalanmayıb, öhdəlik götürülməyib. Bundan başqa, HƏMAS, “Hizbullah” tək silahdan təcrid edilməyib, İraqda “Əş-Şəbi” qüvvələri və İran yönümlü başqa qüvvələr fəaliyyət göstərir, Yəməndə husi qiyamçıları fəaliyyətini davam etdirir. Eləcə də İran regionda gəmilərin, neft tankerlərinin hərəkətinə müəyyən mənada nəzarət etmək imkanını itirməyib. Bu baxımdan, Tehranın tam zəiflədiyi qənaətinə gəlmək üçün çox tezdir. Digər tərəfdən, İranın istehsal etdiyi neft və qaz “qara bazar”da Çin, Hindistan və digər ölkələr tərəfindən alınır. Bu da İran iqtisadiyyatının ayaqda qalmasına kömək edir. Bu yaxınlarda İsrailin Baş naziri Benyamin Netanyahu bəyan etdi ki, İran ABŞ-ı vurmaq üçün raketlər hazırlayır.

İran indiki məqamda ABŞ-la nüvə proqramını, raket istehsalını dayandırmalı, uranı zənginləşdirdiyi yerlərlə bağlı məlumat verməli və danışıqlara oturmalıdır. Tehran  bunu qəbul etmir, diqtə kimi dəyərləndirir. Bu günlərdə Ayətullah Seyid Əli Xamenei də bildirdi ki, ABŞ-la danışıqlar getmir”.


Sədrəddin Soltan 

Siyasi şərhçi bildirib ki, müharibə yalnız İranın başlaması üçün səbəb olarsa, baş verəcək:

“İranın indiki şəraitdə ABŞ, İsrail və onların başqa müttəfiqlərinin gəmilərinə yaxud bazalarına zərbə endirməsi onun üçün ölümə bərabərdir. İran hakimiyyəti ölkə daxilindəki narazılıqları, tələbləri aradan qaldırmaq iqtidarında deyil. Çünki ölkədə sosial tələblər günü-gündən artır; valyuta, inflyasiya, işsizlik, hakimiyyətə etimadsızlıq yüksəlir. Bundan başqa, dini xadimlər arasında hakimiyyətdaxili çəkişmələr də var.

Cəmiyyətdəki problemləri aradan qaldırmaq üçün müharibə üzərindən manipulyasiya edib gərginliyi artırmaq və bununla da müəyyən mənada daxili vəziyyəti tənzimləməyə çalışırlar. İran cəmiyyəti ilə Tehran hakimiyyəti arasındakı uçurum günü-gündən dərinləşir. Bu dərinləşmənin qarşısını almaq üçün müharibə ritorikasından istifadə edilir. Çünki ABŞ-sız, İsrailsiz belə İran hakimiyyətinin həll etməli olduğu çox məsələ var. Bu, Tehranın başlıca problemidir”.

Turan Rzayev
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 08 Dekabr 2025 15:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see258

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see240

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see230

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see228

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see226

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see215

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see210

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see204

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see184

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see178

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see169

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see168

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see166

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see165

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see161

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see155

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see153

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see151

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see149

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri