Təbrizdə rüşvət üstündə tutulan müstəntiq vəkillik lisenziyasını almaq ərəfəsindədir
Xalqcebhesi saytına istinadən Icma.az xəbər verir.
Bu yaxınlarda Təbriz Kəşfiyyat İdarəsi tərəfindən rüşvət aldığı üçün həbs edilən Təbriz İstintaq İdarəsinin 15-ci şöbəsinin keçmiş rəisi Seyid Əli Musəvi Əqməd Şərqi Azərbaycan Vəkillər Kollegiyasından vəkillik lisenziyası almaq ərəfəsindədir.
Gunaz.tv
Bu barədə azərbaycanlı hüquqşünas Sina Yusifi özünün sosial media hesabında yazıb.
“Ədliyyə məmurlarının insan haqlarını pozan bu şəxsin törətdiyi cinayətləri ört-basdır etməkləri və araşdırmamaqları azmış kimi indi də ona vəkillik lisenziyası verməyə hazırlaşırlar.” - deyə o bildirib.
Qeyd edək ki, Seyid Əli Musəvi Əqməd prokurorluqda işlədiyi müddətdə və İstintaq İdarəsinin 15-ci bölməsinin rəisi vəzifəsində çalışarkən siyasi fəalları qanunsuz və əsassız səbəblərdən həbs etməklə vətəndaşların qanuni hüquqlarını pozub. O, hakimlik vəzifəsini yerinə yetirmək əvəzinə, daim təhlükəsizlik qurumlarının əmrlərinə tabe olub, işlərin taleyini müəyyən etmək üçün bu qurumlardan göstərişlər gözləyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 29 Aprel 2025 12:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















