Təbrizin ölümündə təqsirləndirilən şəxs həbs edildi
Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
34 yaşlı Təbriz Şəfiyevin ölümünə səbəb olmaqda ittiham olunan sürücü hökmdən əvvəl həbs edilib.
Bakıvaxtı.az bildirir ki, qafqazinfo-nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsi bu barədə qərar qəbul edib.
Təqsirləndirilən Mircəlil Əzizli bundan əvvəlki proseslərin birində iştirak etməmişdi, indi isə məhkəməyə təyin olunan vaxtdan yarım saat gec gəlib.
Hakim Eldar İsmayılov bu dəfə müttəhimə güzəşt etməyib, onun dərhal həbs edilməsi ilə bağlı qərar çıxarıb.
Prosesin davamı isə hakimlə qəzada həlak olan gəncin anasının vəkili Sadiq Rəsulov arasında çəkişmə ilə yadda qalıb.
Bundan əvvəl hüquqi varis oğlunun ölümü ilə bağlı cinayət işini başqa hakimlərin araşdırmasını istəmişdi. Məhkəmə həmin vəsatətə münasibət bildirib, etirazın əsassız olduğu elan edilib.
Gərginlik də məhz bundan sonra yaranıb. Hakim Eldar İsmayılov zərərçəkmiş tərəfin vəkilini təmsil etdiyi şəxsin adından əsassız vəsatətlər verməkdə ittiham edib. O, xüsusilə bütün hakimlərə etiraz verilməsinin qanunsuz olduğunu deyib, əlavə edib ki, vəsatət vəkilin öz adından təqdim olunsaydı, onun barəsində də qərar qəbul edilə bilərdi.
Vəkil isə hakimin etirazı ilə razılaşmayıb. Müdafiəçi hüquqi varisin etirazının Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olduğunu, növbəti iclasda öz adından da hakimlərə etirazla bağlı vəsatət verəcəyini bildirib. Bundan sonra proses təxirə salınıb.
Qeyd edək ki, yenicə ata olan Təbrizin öldüyü hadisə ötən ilin avqustunda baş verib. Onun idarə etdiyi avtomobil Suraxanı rayonunun Heydər Əliyev prospektində (Aeroport yolu) qəfil nasaz vəziyyətə düşüb. Təbriz yolun kənarında dayanaraq nə baş verdiyini müşahidə edən zaman arxadan gələn başqa nəqliyyat vasitəsi onun avtomobilinə çırpılıb, zərbənin təsirindən digər yola düşən Təbrizi bu dəfə ikinci maşın vurub. Hadisədən bir az sonra isə o, həyatını itirib.
Hadisə islə bağlı zərərçəkmişin maşınına çırpılan “Toyota Corolla”nın sürücüsü Mircəlil Əzizli cinayət məsuliyyətinə cəlb edilib. İstintaq zamanı onun ümumiyyətlə sürücülük hüququ olmadığı məlum olub.
Amma mərhum Təbrizin anası aparılan istintaqla razı deyil. Bu səbəblərdən də işin ibtidai istintaqa prosessual rəhbərlik edən prokurora qaytarılmasını istəyirlər.
Baxış sayı:140
Bu xəbər 30 Aprel 2026 14:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















