TƏCİLİ❗ Elvin Əhmədov HƏBS EDİLDİ
Icma.az, News24 portalına istinadən məlumat verir.
Azərbaycanlı gənc Elvin Əhmədov Yunanıstanda həbs edilib.
Həbsdə saxlanılan İmişli rayonu, Mircəlal kənd sakini Elvin Əhmədov “Xəzər Xəbər”ə bu barədə açıqlama verib.
O, telefon zəngində bildirib ki, 5 aydır nişanlandığı üçün Türkiyədə, Antalyada yaşayırmış.
O deyib ki, işi ilə əlaqədar Fethiye bölgəsindən mühərrikli qayıqla Bodruma gələrkən qayıqda nasazlıq yaranıb. Elə hər şey də bundan sonra baş verib.
Yunanıstanın paytaxtı Afina şəhərində yerləşən Korderius həbsxanasında saxlanılan Elvin iddia edir ki, saxlanılması və öz ölkəsinə deport edilməməsi qanunsuzdur. Çünki onun yaxalandığı qayığın texniki göstəricisi belə Türkiyədən Yunanıstana qədər gəlmək üçün uyğun deyil.
Məsələ ilə bağlı Azərbaycanın Xarici İşlər Nazirliyindən (XİN) “Xəzər Xəbər”ə bildirilib ki, Elvin Əhmədovun Yunanıstanda həbs edilmə səbəbləri araşdırılır.
Ətraflı süjetdə:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 07 Fevral 2025 12:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















