TƏCİLİ! Ermənistan ordusunda YOXLAMALARA BAŞLANILDI
Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ermənistanın müdafiə naziri Suren Papikyan hərbi hissələrdə gözlənilməz yoxlamalar aparmağa başlayıb.
Bakıvaxtı.azxəbər verir ki, nazir bu barədə sosial şəbəkə hesabında məlumat yayıb.
Papikyan bildirib ki, yoxlamalar zamanı hərbi hissələrdə gündəlik fəaliyyətlərdən tutmuş xidmətin təşkilinə qədər bütün məsələlər diqqətdə saxlanılır.
“Gündəlik işlərdən tutmuş xidmətin təşkilinin bütün digər aspektlərinə qədər bütün məsələlərə diqqət yetirərək gözlənilməz yoxlamalar aparıram”, - deyə o qeyd edib.
Ermənistan müdafiə naziri daha əvvəl orduda cinayətkar subkulturaya qarşı sistemli mübarizə aparıldığını açıqlamışdı. Onun qərarına əsasən, zabit qruplarının növbətçi hərbi hissələrə göndərilməsi, yerlərdə xidmət edən hərbçilərə dəstək göstərilməsi və qoşunlarda xidmətin təşkilinə yardım edilməsi nəzərdə tutulur.
Qeyd edək ki, avqustun 13-də Ermənistanın Baş naziri Nikol Paşinyan orduda baş verən hadisələr və Silahlı Qüvvələrdəki vəziyyətlə bağlı açıqlamasında bu sahəyə birbaşa cavabdeh strukturlarda kadr dəyişiklikləri elan edib. Bundan sonra Silahlı Qüvvələrin Mənəvi və Psixoloji Hazırlıq İdarəsinin rəisi Serejha Stepanyan və Hərbi Polisin rəisi Aşot Zakaryan vəzifələrindən azad ediliblər.
Günəş Mərd
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 19 Avqust 2026 13:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















