TƏCİLİ: İraq hərəkətə keçdi: PKK və YPG Suriya sərhədindən çıxarıldı KONKRET
Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.
Terror təşkilatı PKK/YPG üçün vəziyyət xeyli dərəcədə gərginləşib.
KONKRET.az xəbər verir ki, İraq Sərhəd Qüvvələrinin Komandanlığı terrorçuları Suriya sərhədindəki bölgədən uzaqlaşdırıb.
İraq Sərhəd Qoşunları Komandanlığından verilən məlumata görə, İraqın Mosul şəhərindəki 12-ci Sərhəd Briqadasının 2-ci Batalyon bölgəsindəki məntəqədə yerləşdirilən terrorçular sözügedən ərazidən çıxarılıb.
Bildirilir ki, İraq-Suriya sərhəd xəttində beton divar tikintisi işlərinin başa çatdırılması üçün bölgə boşaldılıb. Divarın sərhəd təhlükəsizliyini artırmaq üçün inşa edildiyi vurğulanıb.
Qeyd edək ki, İraq ordusu Əsəd rejiminin devrilməsindən sonra Suriya sərhəddinə qoşunlarını gücləndirərək bölgədəki terror təşkilatlarının yenidən strukturlaşmasının qarşısını almağa çalışır.
Müşviq Tofiqoğlu,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 15 Yanvar 2025 16:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















