TƏCİLİ: Trampın helikopterinə HÜCUM Saxlanılan var
Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.
Vaşinqtonda ABŞ prezidenti Donald Trampı daşıyan "Marine One" helikopteri lazer göstərici ilə hücuma məruz qalıb.
Demokrat.az xəbər verir ki, bu barədə NBC məlumat yayıb.
Məlumatda bildirilir ki, hadisə ilə bağlı ABŞ Məxfi Xidməti bir nəfəri saxlayıb.
İstintaqın məlumatına görə, lazer pilot üçün qəfil korluq və oriyentasiya itirməsi riski yaradıb, bu isə havada toqquşmaya səbəb ola bilərdi.
Saxlanılan şəxsin Ceykob Samuel Vinkler olduğu müəyyən edilib.
Onun üzərindən bıçaq tapılıb. Dindirmə zamanı Vinkler qoyulan qadağadan xəbərsiz olduğunu, lazer göstəricisindən yol nişanlarını işıqlandırmaq üçün istifadə etdiyini iddia edib.
Onu 5 ilə qədər həbs və 250 min dollar cərimə gözləyir. (Musavat.com)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 23 Sentyabr 2025 13:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















