Təcili və təxirəsalınmaz tibbi yardım xidməti gücləndirilmiş iş rejimində çalışacaq
Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Yeni il bayramı ilə əlaqədar qeyri-iş günlərində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, qeyri-iş günlərində xidməti nəzarətdə saxlamaq üçün məsul şəxslərdən ibarət növbətçilik yaradılacaq, həkim briqadalarının sayı xidməti ştata uyğun təşkil olunacaq.
Bakı şəhərində 140 civarında təcili tibbi yardım briqadası, 61 region üzrə isə 270-ə yaxın briqada xidmətə hazır vəziyyətdə gətirilib. Onlar tibbi ləvazimatlarla, dərman preparatları ilə tam təmin edilib.
Yeni il ilə əlaqədar qeyri-iş günlərində həm xarici ölkələrdən, həm də bölgələrdən xüsusilə Bakı şəhərinə gələn qonaqların sayında artım müşahidə edildiyi üçün təchizat və təminat buna uyğun təşkil olunacaq.
Məsul şəxslər tərəfindən təcili tibbi yardım xidmətinin fəaliyyətinə nəzarət tədbirləri tətbiq ediləcək.
Bundan əlavə, bayram günləri ərzində TƏBİB-in tabeli tibb müəssisələrinin stasionar, təcili və təxirəsalınmaz tibbi yardım şöbələri fəaliyyətlərini təsdiqlənmiş növbətçilik cədvəllərinə uyğun olaraq həyata keçirəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 29 Dekabr 2024 15:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















