Icma.az
close
up
RU
TƏCİLİ! Xamenei ailəsinin necə öldürüldüyü məlum oldu

TƏCİLİ! Xamenei ailəsinin necə öldürüldüyü məlum oldu

Icma.az, Dogru.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Sosial şəbəkələrdə höccətül-islam Seyid Mazaher Hüseyniyə aid olduğu bildirilən və İranın mərhum lideri Əli Xameneinin iqamətgahına İsrail tərəfindən təşkil edilən hücumun təfərrüatlarını əks etdirən səs yazısı yayılıb.

NOCOMMENT.az xəbər verir ki, “Iran Wire” nəşrinin yaydığı bu səs yazısı zərbə anında liderin evi olan “Beyt-e Rəhbəri” kompleksində baş verənlərə işıq salır. Mənbələrin məlumatına görə, rəhbərliyin iqamətgahına raket zərbələrinin birinci dalğası fevralın 28-də Tehran vaxtı ilə təxminən səhər saat 09:40-da endirilib. Səs yazısında iddia edilir ki, hücum nəticəsində Əli Xamenei ilə yanaşı, onlarla yüksək rütbəli komandir, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) inzibati aparatının əməkdaşları və liderin ailəsinin bir neçə üzvü həlak olub.

Qeyd olunur ki, Hüseyni mərhum liderin aparatının əməkdaşıdır və bəzi məlumatlarda o, “Beyt-e Rəhbəri”nin protokol rəisi kimi təqdim olunur. Məlumata görə, martın 11-də o, Tehranın şimalındakı Qolhak rayonunda mühafizə olunan sığınacaqda SEPAH komandirləri və yüksək rütbəli din xadimləri qarşısında çıxış edərək Müctəba Xameneinin hücumdan necə sağ çıxdığını izah edib. Hüseyninin sözlərinə görə, Xameneinin övladlarının yaşadığı iqamətgah kompleksin digər hissələri ilə eyni vaxtda vurulub. Raket əvvəlcə Müctəba Xameneinin yuxarı mərtəbədəki mənzilinə dəyib, nəticədə onun həyat yoldaşı Zəhra Həddad-Adel və övladları həlak olub. Partlayışın gücü liderin qızı Xoda Xamenei və kürəkəni Misbah əl-Xoda Baqeri Kaninin yaşadığı aşağı mərtəbəyə də ciddi ziyan vurub. İddia edilir ki, partlayış o qədər güclü olub ki, Misbah əl-Xodanın başı iki hissəyə bölünüb.

Müctəba Xameneinin isə zərbədən bir neçə an əvvəl “iş dalınca həyətə çıxdığı” üçün sağ qaldığı, yalnız ayağından yüngül xəsarət aldığı bildirilir. Hüseyni onun “sionistlərin gözünə tikan olmaq üçün sağ qaldığını” qeyd edib. Lakin bu rəvayətin bəzi detalları hücumdan sonra dərc olunan kompleksin xəritələri ilə tam üst-üstə düşmür ki, bu da çıxışın yeni liderin səhhəti barədə şayiələri təkzib etmək məqsədi daşıdığı ehtimalını yaradır. Səs yazısında həmçinin Müctəbanın qardaşı Mustafa Xamenei və həyat yoldaşının dağıntılar altında qalsa da, xəsarət almadan sağ çıxdıqları deyilir. Əli Xameneinin ölümündən sonra onun digər övladları barədə ictimaiyyətə heç bir məlumat verilməyib, hətta Müctəba yeni lider kimi təqdim edildikdən sonra belə onlardan heç bir təbrik və ya “beyət” mesajı gəlməyib.

Səs yazısının digər hissəsində 1989-cu ildən liderin “Hərbi İdarəsi”nə rəhbərlik edən general Məhəmməd Şirazinin ölümü barədə danışılır. Hüseyninin dediyinə görə, raket zərbəsi Əli Xamenei və Məhəmməd Şirazini eyni anda öldürüb. Bildirilir ki, general Şirazi partlayış nəticəsində param-parça olub və ondan yalnız bir neçə kiloqram ət parçası tapmaq mümkün olub. O, martın 10-da Tehranda dəfn edilib. İlk olaraq “Eitaa” platformasında paylaşılan və sonra digər şəbəkələrə yayılan bu səs yazısının həqiqiliyi müharibə şəraitində müstəqil şəkildə yoxlanıla bilməsə də, səsin Hüseyninin əvvəlki çıxışları ilə uyğunluğu onun real olma ehtimalını artırır. Bu qeyd hazırda sistem daxilindən gələn və ali rəhbərliyin məhvi, eləcə də Müctəba Xameneinin taleyi barədə yeganə ətraflı məlumat mənbəyi hesab olunur.

DOĞRU.AZ 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://dogru.az
archiveBu xəbər 15 Mart 2026 23:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see294

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see290

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see280

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see267

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see260

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see256

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see243

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see231

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see224

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see217

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see212

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see212

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see211

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see208

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see203

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see194

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see194

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see183

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see178

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri