Təcili yardım işçilərinin maaşları artacaq
Icma.az, Newscenter.az saytına istinadən bildirir.
Qazaxıstanda cari il ərzində təcili yardım işçilərinin maaşları artacaq.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə səhiyyə nazirinin birinci müavini Timur Sultanqaziyev məlumat verib.
O bildirib ki, 2026-cı ildə Qazaxıstanda tibb işçilərinin maaşları artacaq və onların hüquqi müdafiəsi gücləndiriləcək. Nazir müavininin sözlərinə görə, son illərdə səhiyyəyə dövlət xərcləri təxminən üç dəfə artaraq 2025-ci ildə 3 trilyon tengəyə çatıb.
"Qanunvericiliyə edilən dəyişikliklər çərçivəsində tibb işçilərinə və təcili yardım sürücülərinə qarşı rəsmi vəzifələrini yerinə yetirərkən zorakılığa görə fərdi cinayət məsuliyyəti tətbiq olunur və həkimlərin peşə məsuliyyətinin sığortalanması mexanizmi işə salınıb",-deyə Timur Sultanqaziyev bildirib.
O qeyd edib ki, 2026-cı ildən başlayaraq yoluxucu xəstəliklər və təcili tibbi yardım işçilərinin əmək haqlarının artırılması nəzərdə tutulur.
Süleyman
Baxış sayı:95
Bu xəbər 08 Yanvar 2026 15:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















