Icma.az
close
up
RU
Təcili yardım və yanğınsöndürən bura necə keçsin? Binaların həyətlərində xaotik avtopark VİDEO

Təcili yardım və yanğınsöndürən bura necə keçsin? Binaların həyətlərində xaotik avtopark VİDEO

Icma.az bildirir, Avtosfer portalına istinadən.

Məhəllələrdə avtomobilləri çox vaxt elə park edirlər ki, sürücülər özləri belə bəzən oradan çıxmağa çətinlik çəkirlər. Belə hallarda avtomobili park edərkən, əgər binada hər hansısa bir təhlükə, yanğın və yaxud təcili tibbi yardım tələb olunan xəstə olduğu zaman, operativ nəqliyyat vasitələrinin həmin ünvana daxil olması xeyli çətinləşir. Bu isə həm sakinlərin həyatını, həm də əmlakını riskə atan ciddi təhlükələrə və gecikmələrə səbəb ola bilər.

Avtosfer.az xəbər verir ki, problem yalnız dar məhəllələrdə deyil, geniş həyətləri olan yeni tikililərdə də tez-tez yaşanır. Avtomobillərin nizamsız park edilməsi operativ nəqliyyat vasitələrinin, hətta bəzən kommunal xidmətlərin belə giriş-çıxışını məhdudlaşdırır. Qanunvericiliyə görə həyətlərdə operativ nəqliyyat vasitələrinin hərəkəti üçün minimum keçid zolaqları saxlanılmalıdır, lakin bir çox hallarda bu qaydalara əməl olunmur.

Sakinlərin bu məsələni aradan qaldırmaq üçün birgə addım atması vacibdir: parkinq yerlərinin düzgün bölüşdürülməsi, park olunması qadağan edilmiş zolaqların aydın şəkildə nişanlanması, bina idarəçiliyi tərəfindən nəzarətin gücləndirilməsi və lazım gəldikdə cərimələrin tətbiqi bu problemin həllinə kömək edə bilər. Həmçinin, maarifləndirici lövhələrin quraşdırılması və fövqəladə hallar zamanı vaxtın hər saniyəsinin önəmli olduğunu sakinlərin bilməsi həyətlərdə nizam-intizamı artıran ən mühüm amillərdəndir.

Belə hallardan biri də Abşeron rayonu Saray qəsəbəsindəki “Saray” MTK-nın ərazisində müşahidə olunub. Binaların qarşısında avomobilləri çox səliqəsiz və sıx park etməkləri bəzi sakinləri ciddi şəkildə narahat edir. 

Bəs bu cür halların təkrarlanmaması üçün həm sakinlər, həm də bina idarəçiliyi bundan sonra hansı addımları atmalıdır?

Mövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı Avtosfer.az-a açıqlamasında bildirib ki, binaların həyətində xaotik parklanma çox ciddi problemlər yaradır və uzun müddətdir biz bu barədə məsələləri ictimailəşdiririk, qabardırıq:


“Adiyyəti qurumlara, vətəndaşlara səslənirik ki, bu cür məsələlərə diqqətlə yanaşsınlar. Mən düşünürəm ki, bu işdə Azərbaycan polisinin də bir təsiri ola bilər.
Çünki hər bir ərazinin sahə müvəkkili var, polis bölməsi var, vətəndaşlarla profilaktik söhbətlər apararaq onlara izah etməklazımdır ki, bu cür xaotik parklanma ciddi problemlər yaradır. O üzdən düşünürəm ki, bu işlərə birinci başlamaq lazımdır, ikinci məsələ isə odur ki, vətəndaşlar bunu dərk etsinlər, başa düşsünlər ki, yanğınsöndürən, təcili yardım, polis maşınları və digər operativ nəqliyyat vasitələrinin həmin ərazilərə girişi sərbəst olsun. İndiki halda bu çox ciddi çətinlik yaradır, çox ciddi bir problemdir.

Mən əminliklə deyirəm ki, indiyə qədər dəfələrlə yanğınsöndürənlərin hadisə yerinə gecikməsi halları olub ki, onlar vaxtında yanğına müdaxilə edə bilməyiblər və nəticə etibarilə yanğının şiddəti daha da böyüyüb, daha çox ziyan dəyib, ölənlər, xəsarət alanlar olub. Bu cür məsələlərə hər bir vətəndaş anlayışlı yanaşmalıdır ki, onların xaotik şəkildə avtomobili park etməsi insan həyatına son qoya bilər. Vaxtında təcili yardım gəlib çıxa bilmir və yaxud da kiminsə evdə bir problemi yaranır, təcili olaraq çıxmalıdır və nəticə etibarilə baxır ki, hansısa bir qonşu maşını kobud şəkildə hardasa park edib və o adam artıq oradan çıxa bilmir. Çıxa bilmədiyinə görə də problem yaşanır. İndi olur, bəzi vətəndaşlar özləri evdə xəstəsini həkimə aparmaq istəyir, öz maşını ilə çıxmağa çalışır, amma baxırsınız ki, bu mümkün olmur və onda ağır fəsadlar yaşanır. Bu, bizi çox narahat edən məsələdir”.

Ekspert əlavə edib ki, bu problemlı bağlı ciddi işlər görülməlidir, təbliğat işləri gücləndirilməlidir. İnsanlara onun nə dərəcədə təhlükəli olduğundan anlatmaq lazımdır. Belə olan halda, mən hesab edirəm ki, müsbət nəticələr əldə etmək olar.

Bu, indiki halda görünən mənzərə narahatlıq doğuran bir mənzərədir. Buna vaxtında müdaxilə olunmasa, çox ciddi fəsadlar ortaya çıxacaq”.

Baş Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis baş leytenantı Elvin Hacıyev isə bildirib ki, bəzi avtomobillərin bu formada saxlanması hərəkətin gedişatına maneçilik yaradır, eləcə də digər sürücülərin haqlı narazılığına səbəb olur.


“Hər bir sürücü nəzərə almalıdır ki, kiminsə avtomobilinin önündə saxlamaq, yolun hərəkət hissəsini bağlamaq digər sürücülərin haqlı narazılığına səbəb yaradır. Eləcə də həyətə daxil olacaq təcili tibbi yardım və ya yanğınsöndürən avtomobilinin operativ hərəkətinin qarşısını alır. Ona görə də hər bir sürücüdən xahişimiz parklanma qaydalarına riayət edək. Qaydaları pozaraq başqalarının haqlı narazılığına səbəb yaratmayaq. Yolun rahat və təhlükəsiz olması üçün hər bir sürücüdən xahişimiz qaydalara riayət etməkdir”.

Fövqəladə Hallar Nazirliyindən Avtosfer.az-a bildirib ki, həyata keçirilən yanğın-xilasetmə əməliyyatlarının ümumi təhlilinə əsasən təəssüflə qeyd edilməlidir ki, bir sıra hallarda pərakəndə şəkildə, binaların girişlərində və həyətlərində, avtomobil yollarının hərəkət hissəsində və ya yanğına qarşı su təchizatı sistemlərinin bilavasitə yaxınlığında nizamsız park edilmiş avtomobillər fövqəladə hadisə zamanı yanğınsöndürmə, xilasetmə və digər iri qabaritli xüsusi təyinatlı nəqliyyat vasitələrinin operativ hərəkətinə və çevik döyüş vəziyyətinə gətirilməsinə maneə yaradır, habelə yanğınların söndürülməsi zamanı su hovuzları və hidrantlardan suyun götürülməsini çətinləşdirir, bəzi hallarda isə mümkünsüz edir:


“Fövqəladə Hallar Nazirliyi şəxsi avtomobillərin kütləvi parklanması ilə bağlı yarana biləcək mümkün təhlükələri nəzərə alaraq bildirir ki, yanğın və digər fövqəladə hadisələr zamanı yanğınsöndürmə və xilasetmə avtomobillərinin, digər iri qabaritli xüsusi təyinatlı texnikaların binalara maneəsiz yaxınlaşması, çevik şəkildə döyüş vəziyyətinə gətirilməsi və əməliyyatların effektiv keçirilməsi, habelə su hovuzları və hidrantlardan rahat istifadə üçün avtomobillər yalnız təyin olunmuş yerlərdə, bir-biri ilə ara məsafəsi gözlənilməklə, digər avtomobillərin sərbəst keçid imkanı təmin olunmaqla park edilməlidir”.

Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” istiqaməti üzrə hazırlanıb.

Müəllif: Eltac Zülfüqaroğlu

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:37
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 10 Dekabr 2025 20:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see255

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see209

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see197

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see189

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see185

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see182

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see165

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see155

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see150

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see144

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see138

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see135

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see134

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see133

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see129

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see127

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see127

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see123

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see122

Oqtay Əliyevlə Dilarə Əliyevanın toy kadrları YAYILDI VİDEO

09 Dekabr 2025 00:38see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri