Təcili yardımlar niyə gecikir? TƏBİB sədrindən çıxış yolu
Medicina saytına istinadən Icma.az xəbər verir.
Bakı və Bakı ətrafı ərazilərdə təcili yardım, ambulansların gecikməsi, briqadaların yetməməsi bu il də gündəmdə olub.
Bununla bağlı şikayətlər hər gün olur.
“Medicina.az”ın mövzu ilə bağlı sualına Təbib sədri Vüqar Qurbanov ilin yekunlarına aid brifinqdə bunları deyib:
“Bütün dünyada təcili yardım çağırışları kateqoriyalara bölünür. Təcili yardım resursu çox dəyərlidir. Məsələn, çağırış olur ki, qızdırmalı xəstədir, 37 qızdırma var, mənə təcili yardım gəlsin. Xəstələr çeşidlənəndə artıq dispetçer tərəfindən konkret suallar veriləcək: hansı şikayətlər var, xəstə huşu özündədir, xəstə neçə yaşındadır və s.
Şikayətin, vəziyyətin dərəcəsinə uyğun ambulanslar yönləndiriləcək. Birinci acil ağır vəziyyətlərə yönləndirilir. Çağırışlarda sıxlıq çoxdursa, burda artıq vacib dərəcələr var: yəni ilk olaraq hansı vətəndaşın üzərinə təcili yardım getməlidir. Kritik hallarda gecikmə demək olar ki, olmur. Müəyyən təzyiq yüksəlmələri, baş ağrıları, qızdırma və s.-də bir qədər müddət uzana bilər. Şikayətlər həddən artıq azalıb. Növbəti ildən elektron sistem də tam oturuşandan sonra təcili yardımla bağlı sıxlıq qalmayacaq”.
Aygün Musayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 19 Dekabr 2025 17:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















